. Love.az

Bucaq Oguz - Wikipedia - Love.az

Ana Səhifə - Bucaq Oguz
Bu adın digər istifadə formaları üçün bax: Bucaq.

Bucaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 12 kilometr qərbdə, Oğuz-Şəki şose yolunun sağında, Daşağılçayın sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir.

Bucaq
41°04′42″ şm. e. 47°22′00″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 588 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.436 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Bucaq xəritədə
Bucaq
Bucaq

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Mədəniyyəti
  • 4 Coğrafiyası və iqlimi
  • 5 Əhalisi
  • 6 İqtisadiyyatı
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər
  • 9 Həmçinin bax

Toponimikası

redaktə

Bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar. Oğuzdakı, eləcə də Azərbaycan Respublikasının digər rayonlarındakı (Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" toponimləri bugünkü mövcud coğrafi mövqeyinə görə yox, bucaqların tarixən daşıdıqları və özləri ilə gətirdikləri ada görə belə adlanmışlar. Türkiyədə Bucaq, Moldovada Bucaq çölü və Bucaq adlı yaşayış məntəqəsi var.[2]

Tarixi

redaktə

XIX əsrdə kəndin ərazisində Güllü Bucaqlı adlı icma olmuşdur. Sonralar onların bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaqlı adlanmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə Qozlu Bucaq da adlanırdı.

Mədəniyyəti

redaktə

Kənddə tam orta məktəb, Körpələr evi uşaq bağçası, klub, kitabxana, poçt, 356 yerlik elektron ATS, həkim ambulatoriyası, ticarət və iaşə obyektləri var.

Coğrafiyası və iqlimi

redaktə

Bucaq kəndi dağlar və meşələrlə əhatə olunmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 575 metrdir. Əlverişli coğrafi mövqedə yerləşir. Dağıstan sərhədinə çıxan Daşağıl keçidinin qarşısındadır. Gürcüstan sərhədindən başlanan qədim şose yolu kəndin ərazisindən keçərək Qəbələ - Şamaxı xətti ilə Bakıya çıxır. Bu yol Qafqaz Albaniyasının ən böyük ticarət yollarından biri olmuşdur.

Əhalisi

redaktə
  • Bucaq kəndinin əhalisi 1579 nəfərdir (01 yanvar 2017-ci il).

İqtisadiyyatı

redaktə
  • Kənd əhalisi taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəzçiliklə məşğul olur.

İstinadlar

redaktə
  1. ↑ https://www.stat.gov.az/source/regions/az/005_4.xls.
  2. ↑ Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

redaktə
  Vikianbarda Bucaq ilə əlaqəli mediafayllar var.
  • Kozatstvo Budzaku. Козацтво Буджаку. Казачество Буджака. Arxivləşdirilib 2009-01-26 at the Wayback Machine
  • Буджак Arxivləşdirilib 2011-10-05 at the Wayback Machine
  • Буджак (Энциклопедия Брокгауза Ф. А. и Ефрона И. А. (1890–1916гг.))
  • Філіпова, М. Масово-формулярні матеріали як джерело для історико-демографічних та антропонімічних досліджень болгарського населення Буджака першої половини XIX століття. — Український історичний збірник, т. 13 (2010), c.76-84
  • Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

Həmçinin bax

redaktə
  • Oğuz rayonu
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bucaq_(Oğuz)&oldid=7457034"
LOVE.AZ