Bulçiza (alb. Bulqizë) — Albaniyada şəhər və bələdiyyə. Diber əyalətində yerləşir.
Bulçiza | |
---|---|
![]() | |
41°30′ şm. e. 20°13′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 740 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +355 219 |
Poçt indeksi | 8401–8402[1] |
Digər | |
bulqiza.gov.al | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Bulçiza Albaniyanın aşağı şimal-şərqində, Şimali Makedoniya dövləti ilə sərhəddə yerləşir. Bələdiyyə qərbdə Mat və Tirana bələdiyyələri, cənubda isə Librajd bələdiyyəsi ilə qonşudur. 2023-cü il siyahıyaalınmasına görə, Bulçiza şəhərində 7,875 və Bulçiza Bələdiyyəsində isə 26,826 nəfər yaşayır.[2]
Bələdiyyə aşağıdakı inzibati vahidlərdən ibarətdir:
Bulçiza barədə ilk məlumat, 1467-ci il Osmanlı qeydlərində, Dülqoberda vilayətində hass-ı mir-liva və dərbəndçi qəsəbəsi kimi qeyd edilmişdir. Reyestrdə kənd üzrə tam sorğu olmasa da, bir çox ev təsərrüfatlarının başçıları attestasiyadan keçmişdir. Adları siyahıda keçən təsərrüfat başşıları bunlardır: Dimitri Boqdani, Kole Şarqini, Gjin Kimeza, Gjin Kolandi, Nikolla Budi, Martin Bardi, Proqon Buljani, Maqe Kimeza, Istvan Nenada, Progon Bogdani, Dimitri, Todor Al-Damëza, Nikla Melike, Nikla Mergje, Garuja və Gjergj İglat (alb. i gjatë, "uzun boylu" sözündən).[3]
1948-ci ildə şəhərin yaxınlığında xrom tapılır. Cəmi iki ildən sonra Sovet İttifaqının köməyi ilə onun çıxarılmasına başlanılır. Ərazidə filizi əzmək və istehsal üçün zavod tikilir. Kənd beləcə böyüyüb şəhərə çevrilir.[4]
Bələdiyyə ərzaisində 1950-ci illərdən bəri orada çıxarılan əhəmiyyətli xromit (xrom filizi) mədənləri var. Bu mədənlər ərazinin iqtisadiyyatının çox hissəsini təmin edir. Bulçizada yerləşən xromit mədənində 1992-ci ildən bəri bir neçə qaz partlayışı baş verib ki, bunlardan biri ölümlə nəticələnib. Sonuncu dəfə baş vermiş partlayışın səbəbi, ərazidə yerləşən ofiolitlər və yaxınlıqda yerləşsən nasaz su anbarında qapalı qalan təbii hidrogen sızması ilə əlaqələndirilib.[5][6][7]