. Love.az

Bulavin Usyani - Wikipedia - Love.az

Ana Səhifə - Bulavin Usyani

Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı.[1]

Kondarti Bulavinin evi, Staroçerkaska

Mündəricat

  • 1 Həyata keçirilməsi
    • 1.1 Birinci mərhələsi
    • 1.2 İkinci mərhələsi
  • 2 İstinadlar

Həyata keçirilməsi

redaktə

Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi.

Birinci mərhələsi

redaktə

Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı.

İkinci mərhələsi

redaktə

1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi. Bulavin əsas qüvvələrlə Azova hücuma hazırlaşırdı. Qüvvələrin parçalanması üsyanın məğlubiyyətini asanlaşdırdı. 1708-ci il iyulun 6-da Bulavin Azovu mühasirəyə aldı, lakin tuta bilmədi. Üsyanda iştirak edən varlı kazaklar həlledici vaxtda ona xəyanət etdilər. İyulun 18-də yasavullar Bulavini öldürdülər. Üsyanın üçüncü mərhələsində ayrı-ayrı dəstələr 1709-cu ilin əvvəlinədək Orta və Aşağı Vol -qaboyunda fəaliyyət göstərdi. Bulavin üsyanı amansızcasına yatırıldı. Üsyançıların bir hissəsi çar qoşunlarının təqibindən xilas olmaq üçün 1740-cı ildə ataman İ. Nekrasovun başçılığı ilə Türkiyəyə köçdü. 1962-ci ildə bulavinçilərin nəsillərinin böyük bir qrupu SSRİ-yə (Stavropol diyarına) qayıtdı.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bulavin üsyanı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 67.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bulavin_üsyanı&oldid=7507496"
LOVE.AZ