"Buludlu atlas" — romanı Britaniya yazıçısı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır.
Buludlu atlas | |
---|---|
ing. Cloud Atlas | |
![]() | |
Müəlliflər | David Mitçel |
Janrlar | Fantastika, Drama |
Orijinalın dili | İngiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 2004 |
Nəşriyyat | Sceptre |
Səhifə | 544 |
Növ | Kitab |
ISBN-13 | 0-340-82277-5 |
Buludlu atlas bir-biri ilə bağlı altı hekayədən ibarətdir, XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəkdə qurtarır. İlk beş hekayə əsas anda kəsilir. Altıncı hekayədən sonra, ilk beş hekayə, xronoloji ardıcıllıqla, yarımçıq qaldığı yerdən başlayaraq sona qədər davam edir. Sonda isə oxucu roman başlandığı yerə - XIX əsrdə Ada'm Yuinqlə Sakit okeanın cənubuna qayıdır.
Mitçel öz kitabı haqqında belə demişdir:
Roman - demək olar ki, bütün əsas qəhrəmanlarının (birini çıxmaq şərtilə) insan təbiətinin həqiqi universallığının simvolu olan anadangəlmə xalla tanınan eyni ruhun müxtəlif dövrlərdə, müxtəlif bədənlərdə reinkarnasiyasıdır. "Buludlu atlas" adının özü; bulud daim dəyişən atlasın təzahürlərinə aiddir, hansı ki, insan təbiətinin oxşarıdır, hansı ki, həmişə qalır və həmişə beləsiylə qalacaq. Ona görə kitabın mövzusu hərislikdir, hansıyla ki, insanlar ayrı insanlara, qruplar — qruplara, xalqlar — xalqlara, tayfalar — tayfalara ov edirlər. Ona görə mən sadəcə bu mövzunu götürdüm və bir qədər başqa kontekstdə onu dəyişdirdim…[2] |
David Mitçell oz intervyusunda bildirib ki, romanın adını yapon bəstəkarı Tosi İtiyanaqinin (Yoko Ononun birinci əri) eyni adlı musiqi əsərindən götürüb: «Mən kompakt-diski, yalnız kompozisiyanın təəccüblü adına görə aldım». Mitçelin əvvəlki romanının adı Yuxu № 9 həmçinin Yoko Ononun daha məşhur əri Con Lennonun əsərindən ilhamlanıb.[3].
Romanın stili İtalo Kalvinonun bir neçə natamam hekayələrdən ibarət olan Əgər, bir qış gecəsi səyyah romanından götürülmüşdür. Mitçelin icadı isə - romanın mərkəzinə elə bir 'güzgü' əlavə etməkdir ki, hər bir tarix sonuna kimi başa çatdırılmış ola bilsin[4][5].
Mitçel qeyd edirki, Robert Froşiber və Vivian Eyrs obrazları əslində Erik Fenbi və Frederik Deliusdan (Fenbi məşhur ingilis bəstəkarının şəxsi katibi olub) ilhamlanıb.[4].
Buludlu atlasda Mitçelin digər işlərinə də istinadlar vardır. Timoti Kavendişin qorxunc məhkəməsi Mitçelin daha əvvəlki Ədəbi kabus romanının ikinci dərəcəli personajına qayıdır. Zadelqemdən məktublarda Eyrsin qızı isə Qrinin qara qu quşu romanında, baş qəhrəmanın rəfiqəsi kimi yaşlaşmış qadın rolunda peyda olur.
Roman Tom Tıkver və Lana və Endryu Vaçovski rejissorları tərəfindən ekranlaşdırılıb. Filmin istehsalına 2011-ci ilin sentyabrında məhdudlaşdırılmış aktyor tərkibiylə Almaniyanın Babelsberq studiyasında başlanılıb, hansı ki, yəmin aktyorlar bütün süjet xətlərində iştirak etməli idilər. 26 oktyabr 2012-ci ildə film Şimali Amerikada ekranlara çıxarılıb.
Mitçel 2012-ci ilin oktyabırında Wall Street Journal qəzetindəki «„Buludlu atlas“ı kino dilinə tərcümə» adlı məqaləsində işin tərcüməsi şəklində rejissorların işini təsvir etmişdir. O qeydində bildirib ki, uğurlu tərcümə kimi işin son nəticəsindən razı qalıb.[6].