. Love.az

Buludun Novleri - Wikipedia - Love.az

Ana Səhifə - Buludun Novleri
Buludlar

Mündəricat

  • 1 Bulud
  • 2 Buludun növləri
    • 2.1 Laylı buludlar
    • 2.2 Topa buludlar
    • 2.3 Lələkvari buludlar

Bulud

redaktə

Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır.

Buludun növləri

redaktə

Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür.

Laylı buludlar

redaktə

Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2–3km-ə kimi) yaranır. Əsasən qışda üstün olur. Havanı tam təşkil edir. Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var:

  • laylı
  • laylı-yağış
  • yüksək laylı

Topa buludlar

redaktə

Topa buludlar — 2–6km hündürlükdə yaranırlar. Topa buludlar yayda, yazın sonu və payızın əvvəlində daha çox olurlar. Yaranmasına səbəb qızmış isti havanın sürətlə yuxarı qalxmasıdır.4 forması vardır:

  • topa
  • topa-yağış
  • topa-laylı
  • yüksək topa

Lələkvari buludlar

redaktə

Lələkvari buludlar — 6km-dən hündürdə (10–12km) yaranır. Qışda üstün olur. 3 forması vardır:

  • lələkvari
  • laylı
  • topa
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Buludun_növləri&oldid=7544867"
LOVE.AZ