Burbon-Parmalı İzabella (fr. Isabelle-Marie-Louise-Antoinette de Bourbon-Parme; 31 dekabr 1741[1][2][…], Madrid – 27 noyabr 1763[1][2][…], Vyana[3]) — Parma hersoqu İnfant Filippin qızı, Avstriya hersoginası. Avstriya hersoqu Jozeflə evlənərək Avstriya hersoginası və Bohemiya-Macarıstan taxtının varisi oldu. Ancaq erkən ölümü səbəbilə heç vaxt imperatriça ola bilmədi.
Burbon-Parmalı İzabella | |
---|---|
alm. Isabella von Bourbon-Parma | |
![]() | |
6 oktyabr 1760 – 27 noyabr 1763 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Isabella Maria Luisa Antonietta Ferdinanda Giuseppina Saveria Dominica Giovanna von Bourbon-Parma |
Doğum tarixi | 31 dekabr 1741(1741-12-31)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 1763(1763-11-27)[1][2][…] (21 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Təbii çiçək |
Atası | İnfant Filipp[2] |
Anası | Luiza Yelizaveta (Parma hersoginası)[2] |
Həyat yoldaşı |
|
Təltifləri |
![]() |
![]() |
31 dekabr 1741-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu İnfant Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Luiza Yelizavetadır. 7 yaşınadək Madriddə nənəsi İzabella Farnezenin yanında qalan İzabellanın anasıyla münasibətləri soyuq idi. Atası isə hələ iki aylıq ikən Avstriya irsi uğrunda müharibə səbəbilə ölkədən getmişdi və uzun müddət övladını görə bilmədi. Nəhayət Axen sülhünə (1748) əsasən, İspaniya krallığı Parma, Pyaçentsa və Qvastalla mülklərinə sahibləndilər. Babası olan Fransa kralı XV Lüdovikin təzyiqi ilə bütün bu mülklər atası infant Filippə verildi. Beləcə, İzabella Parma şahzadəsi ünvanı aldı.
6 yanvar 1749-cu ildə Parmaya getmədən öncə anasıyla birlikdə Fransaya getdi və 18 oktyabradək Versal sarayında yaşadı. Burada babası XV Lüdovik və kraliça Mariya Leşşinski tərəfindən sevgiylə qarşılandı. 20 noyabrda Parmaya gələn İzabella burada mükəmməl şəkildə təlim-tərbiyə gördü. Anası Luiza Yelizaveta və Müqəddəs Roma imperatriçası Mariya Terezanın səyləriylə 1759-cu ildə Avstriya hersoqu Jozeflə nişanlandı. Ancaq anasının ani ölümü səbəbilə toy təxirə salındı. Bu müddət ərzində alman dilini öyrəndi.
1760-cı ilin sonlarında Vyanaya göndərilən İzabella 1 oktyabrda Vyanaya çatdı və burada qaynatası Müqəddəs Roma imperatoru I Fransisk tərəfindən qaşılandı. Cütlüyün toy mərasimi isə 6 oktyabrda Vyanadakı Avqustino kilsəsində baş tutdu. Toy şənlikləri günlərcə davam edən cütlüyün ilk övladı isə 20 mart 1762-ci ildə dünyaya gəldi. Ancaq ard-arda baş verən 2 hamiləliyi yarımçıq qaldı və övladlarını itirməsi səbəbilə ağır depresiyaya düşdü. Bu illər ərzində baldızı Mariya Kristina ilə aralarında homoseksual bir münasibət olması barədə şayələr yayıldı.
Yay aylarını Şönbrunn sarayında keçirən imperator ailəsi 1763-cü ilin payızında Vyanaya qayıtdı. O əsnada İzabella 6 aylıq hamilə idi və əkiz övlad dünyaya gətirəcəyinə inanılırdı. Ancaq Vyanaya döndükdən 4 gün sonra - 18 noyabrda hərarəti artdı və Vyana yaxınlığında yayılan çiçək xəstəliyinə yoluxduğu aşkarlandı. Çox keçmədən 22 noyabrda bir qız uşağı dünyaya gətirdi. Mariya Kristina adı verilən körpə həmin gün vəfat etdi. Doğuşun ardından özünü toplamağa çalışan İzabella 27 noyabrda vəfat etdi. Cənazəsi yayılan epidemiya səbəbilə mumyalanmadan İmperial Kriptə dəfn olundu.
3 illik evliliyi boyunca 4 dəfə hamilə qaldığı bilinsə də, bunlar ikisi tamamlanmadı. Digər iki hamiləliyində qız uşaqları dünyaya gəlsə də, bunlardan heç biri yetkinlik yaşına çata bilmədi.