. Love.az

Buxtnassar Eli Ibn Ehmed - Wikipedia - Love.az

Ana Səhifə - Buxtnassar Eli Ibn Ehmed

Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu.

Buxtnassar Əli ibn Əhməd
Şirvanşahlar Dövlətinin XIV hökmdarı
1049 – 1050
ƏvvəlkiQubad ibn Yezid
SonrakıSalar ibn Yezid
Şəxsi məlumatlar
Doğum yeri Şamaxı
Vəfat tarixi 1050
Vəfat yeri Beyləqan
Atası Əhməd ibn Yezid

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Ailəsi
  • 3 Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Fəaliyyəti

redaktə

Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu.[1] Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü.[2]

Ailəsi

redaktə
  • Atası Əhməd ibn Yezid. Şahzadə, Yəzid ibn Əhmədin oğlu.
  • Əmisi Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
  • Əmisi Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034)
    • Əmioğlusu Hörmüzd. Tabasaran əmiri (?-1065).
  • Əmisi Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043)
    • Əmiləri Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən.
  • Əmisi Qubad ibn Yəzid. Şirvanşah (1043-1049)
    • Əmiqızısı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
  • Əmisi Salar ibn Yəzid
  • Əmisi Məmlan ibn Yəzid
  • Bibisi Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
SƏLƏF
Qubad ibn Yezid
  Buxtnassar Əli ibn Əhməd
Kəsranilər
  XƏLƏF
Salar ibn Yezid

Döyüş və hakimiyyət mübarizəsi xronologiyası

redaktə
Tarix Müharibə Müttəfiqlər Qarşı tərəf Yer Vəzifəsi Nəticə
1050-ci il Şamaxı qalasının itirilməsi — Salar ibn Yəzid Yezidiyyə Şirvanşah məğlubiyyət
1050-ci il Salar ibn Yəzidin hücumu — Salar ibn Yəzid Beyləqan hakimiyyətdən salınmış Şirvanşah qətli

İstinadlar

redaktə
  1. ↑ Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
  2. ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.56, ərəbmətni, §18, s.12-13
  "Şirvanşahlar dövləti" portalı

Həmçinin bax

redaktə
  • Kəsranilər
  • Azərbaycan tarixi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Buxtnassar_Əli_ibn_Əhməd&oldid=6903976"
LOVE.AZ