. Love.az

Cumle - Wikipedia - Love.az

Ana Səhifə - Cumle

Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur.

  • Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz.
  • Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir.
  • Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır.
  • Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.

Mündəricat

  • 1 Cümlənin məqsəd və intonasiyaya görə növləri
  • 2 Cümlənin quruluşca növləri
  • 3 Cümlə üzvləri
    • 3.1 Baş üzvlər
    • 3.2 İkinci dərəcəli üzvlər
  • 4 Ədəbiyyat

Cümlənin məqsəd və intonasiyaya görə növləri

redaktə

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Cümlələr məqsəd və intonasiyaya görə 4 yerə bölünür:

  1. Nəqli cümlə — Dünən hava yağışlı idi.
  2. Sual cümləsi — İsmin quruluşca neçə növü var?
  3. Əmr cümləsi — İbrahim dərslərini oxu.
  4. Nida cümləsi — Ah, hava necə də gözəldir!

Cümlənin quruluşca növləri

redaktə
  1. Sadə cümlə
  2. Mürəkkəb cümlə

Cümlə üzvləri

redaktə

Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə cümlə üzvləri deyilir. Cümlənin 5 üzvü var:

Baş üzvlər

redaktə
  1. Mübtəda
  2. Xəbər

İkinci dərəcəli üzvlər

redaktə
  1. Tamamlıq
  2. Təyin
  3. Zərflik

Ədəbiyyat

redaktə

Seyidov Y.M., Əsədova T.A, Azərbaycan dili, Bakı, Çaşıoğlu, 2003 (8–9. siniflər üçün dərslik)

Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cümlə&oldid=8153718"
LOVE.AZ