Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский)[1][2] adı altında, Çin mənbələrində isə qədim uyğur dili[3] kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir.[4] Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir.[5]
Cığatay dili | |
---|---|
Orijinal adı |
چغتای جغتای |
Rəsmi status |
Cığatay xanlığı Moğolustan Teymurilər dövləti Böyük Moğol İmperiyası |
Danışanların ümumi sayı |
|
Status | ölü dil |
Ölü dil | təxminən 1921 |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | Nəstəliq xətti |
Dil kodları | |
QOST 7.75–97 | чаг 781 |
ISO 639-1 | — |
ISO 639-2 | chg |
ISO 639-3 | chg |
Ethnologue | chg |
IETF | chg |
Glottolog | chag1247 |
Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.[6]
Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.[7]
1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər.[4][8][9][10][11] Çində isə onu bəzən qədim uyğur dili adlanırlar.[3] Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.[11]
Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.[12]
Çağatay dilində yazan ən tanınmış şair Əlişir Nəvaidir. Onun 1499 qurtardığı mühakimət ül-lüğəteyn əsəri türki (cığatay) dilinin fars dili ilə müqayisə edib, türki dilinin üstünlüyünü göstərir.[13] Cığatay dilində yazılan başqa bir tanınmış nəsr əsəri, türk ədəbiyyatında ən erkən tanınmış memuarı olan Zəhirəddin Məhəmməd Baburun (1483-1530) Baburnamə əsəridir.[14]
XVII əsrdə cığatay dilində yazılan görkəmli əsərlər Əbülqazi Bahadır xanın Şəcərəyi tərakimə (1659) və Şəcərəyi türk (1663) əsərləri idi. XVIII əsrin ikinci yarısında isə türkmən şairi Məhtimqulu türkmən ədəbiyyatını türmən dilinin xüsusiyyətləri iştədərək cığatay dilində yazmağa başlayıb.[15]
XIX əsrdə Xivədə Şirməhəmməd Munis və onun qohumu Məhəmmədrza Agahi kimi görkəmli cığatay dilli şairlər var idi.[16] II Məhəmmədrəhim xan da cığatayca qəzəl yazırdı. Musa Səyraminin 1903-cü ildə qutardığı Tārīkh-i amniyya adlı əsəri və onun 1908-ci ildə Tārīkh-i ḥamīdi adı altında buraxılmış yeni versiyası 1862–1877 illərin arası baş verən Dunqan üsyanı haqqında ən yaxşı mənbələrdən biri olaraq sayılır.[17][18]
Chagatai Old Uzbek official.