. Love.az

Circiramakimiler - Wikipedia - Love.az

Ana Səhifə - Circiramakimiler

Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə.

Cırcıramakimilər
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Cırcıramakimilər
Beynəlxalq elmi adı
  • Auchenorrhyncha André Marie Constant Duméril, 1806[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  109167
NCBI  1955247
FW  288156

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Yayılması
  • 3 Təsnifatı
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat
  • 6 Həmçinin bax

Xarici quruluşu

redaktə

Cırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır. Yumurtalarını adətən bitkilərin gövdəsinə qoyur və həmin bitkiyə də zərər verirlər. Sürfələri görünüşcə və həyat tərzinə görə imaqoya oxşardır. Bəzi növlərinin sürfələri torpaqda yaşayır və möhkəm, qazıcı ön ayaqlara malikdirlər. Oxuyan cırcıramalar iri olub, güclü səsçıxarma və həmçinin eşitmə orqanına malikdirlər.

Yayılması

redaktə

Cırcıramakimilərin keçmiş SSRİ-də 2000-ə qədər növünün olması haqda məlumat vardır. Azərbaycanda 186 növü qeyd edilmişdir.

Cırcıramakimilərin inkişafı, adətən yarım il və ya bir il müddətində tamamlanır. Cırcıramakimilərin 2 fəsilə üstlüyü vardır.

Təsnifatı

redaktə
  • Əsl cırcıramakimilər ("Cicadoidea")
  • Fulqoroidlər ("Fulgoroidea")

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2012.

Ədəbiyyat

redaktə
  • B.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 2008, -563 səh.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cırcıramakimilər&oldid=6813826"
LOVE.AZ