. Love.az

Ciz Biz - Wikipedia - Love.az

Ana Səhifə - Ciz Biz

Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid),[1] Qırğızıstan və Özbəkistan mətbəxlərinə[2] aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır.[3] Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar.

Zəncan Cız-Bızı

Mündəricat

  • 1 Lazım olan ərzaqlar
  • 2 Hazırlanma üsulu
  • 3 Mənbə
  • 4 İstinadlar

Lazım olan ərzaqlar

redaktə
  • Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək
  • Kartof
  • Pomidor və ya Tomat pastası (istəyə görə)
  • Bağırsaq (əgər varsa)
  • Yağ ya da quyruq
  • Duz, istiot.
  • Yerkökü (istəyə görə)

Hazırlanma üsulu

redaktə

Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.

Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.

Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.

Mənbə

redaktə
  • Cız-bız. www.1001dad.com Arxivləşdirilib 2018-03-18 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ "Patuq". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. ↑ "Arxivlənmiş surət". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. ↑ "Aronfoods". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31. (#redundant_parameters); (#redundant_parameters)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cız-bız&oldid=7620800"
LOVE.AZ