. Love.az

Cebrayil Memmedov Dovlet Xadimi - Wikipedia - Love.az

Ana Səhifə - Cebrayil Memmedov Dovlet Xadimi

Cəbrayıl İbrahim oğlu Məmmədov (1910, Yaycı, Naxçıvan qəzası – 1976) — Sovet dövrü fəaliyyət göstərmiş azərbaycanlı iqtisadçı, dövlət və siyasi xadim.

Cəbrayıl Məmmədov
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri
oktyabr 1943 – aprel 1952
ƏvvəlkiMəmmədəli Rəhimov
SonrakıHüseyn Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1910
Doğum yeri
  • Yaycı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1976
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı

Həyatı

redaktə

1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının Yaycı kəndində anadan olmuşdur. 1939-cu ildən Kommunist Partiyasına üzv olmuşdur. 1934-cü ildən 1952-ci ilə qədər Ağcabədi rayonundakı maşın-traktor stansiyasında aqrotexnik, daha sonra Culfa rayonu Yaycı kənd məktəbində direktor vəzifələrində çalışmışdır. Bu vəzifəsindən sonra rayon təhsil şöbəsinin müdiri təyin olunmuş, burada bir neçə il çalışdıqdan sonra rayon Kommunist partiyası təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. O, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində də çalışmış, bundan başqa 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1]

İkinci Dünya müharibəsində iştirak etmiş və yaralanmışdır.

1976-cı ildə vəfat etmişdir.

Mükafatları

redaktə
  • Lenin ordeni
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

İstinadlar

redaktə
  1. ↑ "Мамедов Джебраил Ибрагим оглы". www.knowbysight.info. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəbrayıl_Məmmədov_(dövlət_xadimi)&oldid=7387293"
LOVE.AZ