. Love.az

Cefer Humbetov - Wikipedia - Love.az

Ana Səhifə - Cefer Humbetov

Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi.

Cəfər Hümbətov
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
1995 – 2000
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıSucaxan Novruzov
Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri
fevral 1993 – 1995
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1959(1959-02-02) (66 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (1979–1984)
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İctimai-siyasi fəaliyyəti
  • 3 Təltifləri
  • 4 İstinadlar

Həyatı

redaktə

Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib.

1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.

Birinci kateqoriyalı məşqçi-müəllimdir. 1989-cu ildən sərbəst güləş üzrə Milli dərəcəli hakimdir.

İctimai-siyasi fəaliyyəti

redaktə

Cəfər Hümbətov 1993-cü ildə Naxçıvan MR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1995-ci ildə komitə ləğv olunaraq Naxçıvan MR Gənclər və İdman Nazirliyi yaradılıb. Cəfər Hümbətov isə nazir vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilədək Naxçıvan MR Gənclər və idman naziri vəzifəsini daşımışdır.

2000-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin direktoru vəzifəsində işləyir.

Təltifləri

redaktə
  • Cəfər Hümbətov 1990-cı ildə Azərbaycan Respublikasının "İdman əlaçısı" adına layiq görülüb.
  • Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Cəfər Hümbətova "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adı verilib.
  • Sərbəst güləş üzrə idman ustalığına namizəddir.

İstinadlar

redaktə
  Vikianbarda Cəfər Hümbətov ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəfər_Hümbətov&oldid=7651207"
LOVE.AZ