. Love.az

Cefer Huseynoglu - Wikipedia - Love.az

Ana Səhifə - Cefer Huseynoglu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Cəfər Hüseynoğlu
Cəfər Hüseyn oğlu Əliyev
Doğum adı Cəfər Əliyev
Təxəllüsü Cəfər Hüseynoğlu
Doğum tarixi 23 dekabr 1925
Doğum yeri Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 dekabr 2000 (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şuşa Müəllimlər İnstitutu
İxtisası pedaqoq
Fəaliyyəti jurnalist
Əsərlərinin dili azərbaycanca
Mükafatları

Həyatı

redaktə

Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.

Xidmətlərinə görə 2 döyüş ordeni və 6 medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri fərmanına layiq görülmüşdür. "Vətən" ali ustad jurnalist mükafatı laureatı olmuşdur.

2000-ci il dekabrın 26-da Bakı şəhərində vəfat etmişdir.

Əsərləri

redaktə
  1. Bakının yaşıl örtüyü. Bakı: Azərnəşr, 1976, 16 səh.
  2. Cəsur döyüşcü. Bakı: Elm, 1996, 50 səh.
  3. Yolun düşsə Təbrizə. Bakı: Elm, 1996, 50 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəfər_Hüseynoğlu&oldid=6317472"
LOVE.AZ