. Love.az

Cefakes Eduard - Wikipedia - Love.az

Ana Səhifə - Cefakes Eduard

Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir.

Cəfakeş Eduard
Edward the Martyr
İngiltərə kralı
8 iyul 975 – 18 mart 978
ƏvvəlkiEdqar
SonrakıII Etelred
Şəxsi məlumatlar
Doğum tarixi 962
Doğum yeri Uesseks, İngiltərə
Vəfat tarixi 18 mart 978
Vəfat yeri Korf, Dorset, İngiltərə
Vəfat səbəbi qəsdən adamöldürmə[d]
Dəfn yeri
  • Uokinq[d]
Fəaliyyəti monarx
Atası Edqar
Anası Etelfleda
Dini Xristian
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölümü

redaktə

18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir. Yoldan keçənlər kralın yarımdiri bədəninin atın arxasından sallanaraq yerə çırpılmasını görürlər. Kralın müşayiətçiləri nəhayət atı saxlayırlar, amma Eduard artıq ölmüşdü.

Xarici keçidlər

redaktə
  • Anqlo-Sakson tarixçəsi
  • K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.

Həmçinin bax

redaktə
  • Britaniya monarxlarının siyahısı
  1. ↑ Eduard // Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəfakeş_Eduard&oldid=6903754"
LOVE.AZ