Süyuti və ya Hafiz Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr əs-Süyuti (ərəb. جلال الدين السيوطي; 11 oktyabr 1445[1], Qahirə, Misir, Məmlük dövləti – 17 oktyabr 1505[1], Qahirə, Misir, Məmlük dövləti) — təfsir, hədis, fiqh, Ərəb dili və ədəbiyyatı alimi.[2]
Cəlaləddin Süyuti | |
---|---|
ərəb. جلال الدين السيوطي | |
![]() | |
Doğum tarixi | 11 oktyabr 1445[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 1505[1] (60 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | təfsir, fiqh, Əsli dəlillər |
![]() |
1 Rəcəb 849-cu ildə (Oktyabr 1445) Qahirədə anadan olub. Hudeyri nisbəsi ilə də tanınır. Böyük babası Hümamüddin sufi olub və onun məzarı hələ də ziyarətgahdır.
Təhsil həyatına Quranı öyrənərək başlamış və "Umdətül-əhkam", "Minhəcüt-talibin", "əl-Əlfiyyə" və "Minhəcül-vüsul" adlı kitabları əzbərləmişdir.[2] Şümunni, Bulkini, Məhalli və Qafiyəciyə tələbəlik etmiş, İbn Tolun, Mənufi, Davudi, İbn İyas, Nəşşar, Şami, Əlqami, Şazəlli isə ondan elm almışdır.[3]
Süyuti, həyatının son beş ilini Nildəki Rəvza adasında keçirmiş və orada da (Oktyabr 1505) vəfat etmişdir.[2]
Süyuti, İbn Həcər əl-Əsqəlanidən dərhal sonrakı dövrdə hədis elmini təmsil edən bir neçə mühüm şəxsiyyətdən biridir. O, həyatının bəzi dövrlərində hədis müəllimliyi etmiş və əsasən hədis sahəsində əsərlər qələmə almışdır. Hədis elmində mütləq müctəhid sayılmağın hafizlik məqamına çatmaqla mümkün olduğunu deyən Süyuti, özü 200.000 hədisi əzbər bildiyini və bu elmdə müctəhidlik dərəcəsinə çatdığını bildirmişdir. Öz dövründə ondan başqa hədis hafizinin olmadığını irəli sürsə də, digər bəzi əsərlərində Səhavi, Bikai, Fəxrəddin Osman ibn Məhəmməd əd-Diyəmi və İbrahim ibn Əli əl-Qərkaşəndi kimi alimləri də hafiz olaraq xatırlayır. Hədis elminin həm rəvayət, həm də dirayət sahəsində əsərlər yazmış Süyuti, xüsusilə "cəmi" tipli kitabları ilə həmin dövrdə geniş yayılmış ensiklopedik əsər yazma ənənəsini hədis sahəsində də gətirmişdir.[2]
Qələmə almış olduğu əsərləri bunlardır: