. Love.az

Celal Qasimov Filoloq - Wikipedia - Love.az

Ana Səhifə - Celal Qasimov Filoloq
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Cəlal Qasımov.

Qasımov Cəlal Əbil oğlu (15 yanvar 1959, Püsyan, Noraşen rayonu – 31 oktyabr 2021, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim,[1]AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.

Cəlal Qasımov
Doğum tarixi 15 yanvar 1959(1959-01-15)
Doğum yeri
  • Püsyan, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 31 oktyabr 2021(2021-10-31) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Naxçıvan Dövlət Universiteti (1991–1993),
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Təhsili
  • Naxçıvan Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Təltifləri
  • 3 Əsərləri
  • 4 İstinadlar

Həyatı və fəaliyyəti

redaktə

Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur[1]. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Ölümündən sonra 15 yanvar 2022-ci ildə AMEA Folklor İnstitutunda "Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim" mövzusunda elmi sessiya keçirilib[2][3]

Təltifləri

redaktə

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində xidmət etdiyi müddət ərzində dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:

  • Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə Hərbi Xidmətlərə Görə medalı[4]
  • Azərbaycan Respublikası Prezidentinin 29 mart 2008-ci il tarixli 2741 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı
  • Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı[5]
  • Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2018-ci il tarixli 758 nömrəli Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı

[6][7]

Əsərləri

redaktə
 
  • "Abdulla Sur və əsərləri" (1995)
  • "Əsrin qiyamət çağı" (1997)
  • "Nağı Şeyx Zamanın xatirələri" (1997)
  • "Əksinqilab ilə Mübarizə Təşkilatı və Siyasi Repressiya" (1997)
  • "Yaddaşın repressiyası" (1997)
  • "Bitməmiş istintaq" (1997)
  • "Respressiyadan deportasiyaya doğru" (1998)[8]
  • "Yaddaşın bərpası" (1999)[8]
  • "Müstəqillik Dövlətçilik və Milli Təhlükəsizliyin Keşiyində" Muzeyi" (1999)
  • "Məhbus tərcümeyi-halı" (2003)
  • "Hərbi Psixologiya" (2004)
  • "Abdulla Surun Həyatı və Yaradıcılığı" (2004)
  • "MTN: tarixi-hüquqi mənbələr" (2005)
  • "İzahlı Siyasi Terminlər Lüğəti" (2007)
  • "Cavidi məhbəsə aparan yol" (2007)[9]
  • "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (2008, dərslik)[8]
  • "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009, rus, ingilis, azərbaycan dillərində)
  • "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011)
  • "Bolşevik qurşununun qurbanları" (2011)[10]
  • "Ədəbi məhkəmələr" (2012)[11]
  • "Kitabi-Dədə Qorqud"un yasaqlanması" (2013)
  • "Azərbaycan folklorşünasları (1920–1950)" (2015)
  • "Milli təhlükəsizliyin əsasları" (2015, dərslik)[8]
  • "Vəli Xuluflu" (2016)[12]
  • "Cumhuriyyətin təhlükəsizlik orqanları (1918–1920)" (2018)[13]
  • "Bəkir Çobanzadə" (2018)[14]
  • "Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər" (2019)[15][16]
  • "Azərbaycanın Təhlükəsizlik Orqanları 100 ildə: Tarix və Müasirlik" (2019)
  • "Siyasi Repressiya: Həyatda və Ədəbiyyatda" (2020)
  • "Xalid Səid Xocayev" (2021)[17]
  • "Ağrı yaddaşı" (2022)
  • "Siyasi repressiyanın ensiklopediyası" (2022)

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. ↑ "Arxivlənmiş surət". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. ↑ "Arxivlənmiş surət". 2008-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. ↑ "Arxivlənmiş surət". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. ↑ "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters)
  9. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. ↑ "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. ↑ "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  16. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  17. ↑ "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəlal_Qasımov_(filoloq)&oldid=7794502"
LOVE.AZ