Cəlil Məmmədquluzadənin Ev-Muzeyi — 1997-ci il oktyabr ayının 11-də Tbilisidə açılmış muzey[1].
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi | |
---|---|
![]() | |
![]() | |
Əsası qoyulub | 1997 |
Mövzu | Azərbaycan ədəbiyyatı |
Ölkə | |
Yerləşir |
![]() |
41°41′48″ şm. e. 44°47′39″ ş. u.HGYO | |
![]() |
Bu binada 1897–1918-ci illərdə Cəlil Məmmədquluzadə yaşayıb-yaratmış, 1906–1911-ci illərdə isə "Molla Nəsrəddin" jurnalını burada nəşr etdirmişdir[2]. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, "Molla Nəsrəddin" jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi "Qeyrət" mətbəəsi də bu evin zirzəmisində yerləşib[3]. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb[4]. Hazırda muzey qəzalı vəziyyətdədir[5].