Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik.
Cəlil Xəlilov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 avqust 1958(1958-08-09) (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Təltifləri |
![]() |
1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbini bitirmişdir.
Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir.
Ümumiyyətlə, 1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyi sistemində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir:
Sərhəd dəstəsinin qərargah rəisi, sərhəd qoşunlarının şöbə rəisi, sərhəd qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında fakültə rəisinin müavini, Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi.
Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Yeddi elmi əsərin müəllifidir. Dövlət İdarəçəlik Akademiyasının dosentidir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə namizədlik dərəcəsi almışdır (siyasi elmlər üzrə fəlsəfə doktoru).
Respublika Veteranlar Təşkilatının sədri. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilmişdir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.
Cəlil Xəlilov həmçinin, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan "Milli təhlükəsizlik strategiyası" və Milli Təhlükəsizlik Nəzəriyyəsi dərslikləri və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir[1].