Cəmilə Əbülfəz qızı Əsədova (6 mart 1964, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının Aparıcı elmi işçisi.[1][2]
Cəmilə Əsədova | |
---|---|
Cəmilə Əbülfəz qızı Əsədova | |
Doğum tarixi | (61 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | riyaziyyatçı |
Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
www.isi.az |
Cəmilə Əsədova 6 mart 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1986-cı ildə oranı fərqlənmə diplomu ilə riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1986-cı ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, sonra elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2012-ci ildə o, "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü, professor K. R. Ayda-zadənin rəhbərliyi altında "Boru nəql sistemlərində keçid proseslərinin tədqiqi və optimal idarə edilməsinin ədədi üsulları" mövzusunda dissertasiya işini müdafiə etmiş və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. BDU-da ali riyaziyyatdan dərs deyir. Hazırda AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda "Determinik sistemlərdə qərar qəbul etmənin ədədi üsullari" laboratoriyasının aparıcı elmi işçısı vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
C. Ə. Əsədova 42 elmi əsərin və 1 monografiyanın müəllifidir. Məqalələrin bir neçəsi Science Citation Index siyahısına daxil olan jurnallarda (məsələn, "Автоматика и телемеханика", "Turkic World Math. Society Journal of Pure Appl. Math." və s.) dərc olunmuşdur.
C. Ə. Əsədova Respublikada və xaricdə keçirilən elmi konfranslarda fəal iştirak edir. Təkcə 2015-ci ildə o, 3 beynəlxalq konfransda: Qazaxstanda "Актуальные проблемы математики и математического моделирования" (Almata), Bakıda COİA-2015 və Montenegroda OPTİMA-2015 (Petrovaç) keçirilən konfranslarda iştirak etmiş və COİA 2015 konfransında "Control and optimization" seksiyasinin katibi olmuşdur.
O, bir neçə qrantın, o cümlədən, 2010–2011-ci illərdə Azərbaycan Respulikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Elmin İnkişafı Fondu (Azərbaycan)) dəstəklədiyi layihənin (EIF-2010–1(1)-40/11 №li layihə) fəal iştirakçılarından biri olmuşdur. C. Ə. Əsədovanın aldığı son elmi nəticələr 2012–2013-cü illərdə AMEA-nın Fizika-riyaziyyat va texnika elmləri bölməsinin hesabatına daxil edilib. Əsas elmi istiqamət – optimallaşdırma, optimallaşdırmanın ədədi üsulları, optimal idarəetmə (əsasən boru nəql sistemlərində optimal idarəetmə məsələləri), informatika.
43 qədər elmi iş çap olunub, o cümlədən:
Və s.