Cənubi Koreya siyasi skandalı (kor. 최순실 게이트) - 2013-cü ildə seçilmiş Koreya Respublikasının Prezidenti Pak Kın He və yaxın rəfiqəsi ilə bağlı baş vermiş siyasi skandal.[1][2][3][4][5][6][7][8][9][10][11][12][13][14][15] Skandal qısa müddət ərzində ölkənin bütün bölgələrinə yayılmış və xalq kütlələrinin kütləvi mitinqlərinə səbəb olmuşdur. Ölkə prokurorluğu Pak Kın Henın işi üzrə araşdırmaya başlayıb. O, ölkəni rəfiqəsi Choi Soon-sil-in təsiri altında idarə etməkdə ittiham olunur. Rəfiqəsiylə bağlı da araşdırmalar aparılmaqdadır. Skandalın mərkəzində dayanan prezidentin rəfiqəsi əlaqələrindən istifadə edərək varlanmaqda və qızına ali təhsil almağa yardım göstərməkdə günahlandırılır.