. Love.az

Cagazur - Wikipedia - Love.az

Ana Səhifə - Cagazur

Cağazur — Azərbaycan Respublikasının Laçın rayonu Cağazur kənd inzibati ərazi dairəsində kənd.[1]

Cağazur
39°35′26″ şm. e. 46°27′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Cağazur xəritədə
Cağazur
Cağazur

Tarixi

redaktə

Cağazur kəndinin adı ilə bağlı bir çox fikirlər səslənir. Bəzi alimlər kəndin adının qədim cağ/ cağan(türk) tayfaları ilə əlaqələndirir. Bəzən də cağazur sözünün semantikası üzərində dayanır və belə bir qənaətə gəlirlər ki, cağ-mil (düz istiqamətdə dəmir tiyə), zur və yaxud zür, sür isə (haray, səs-küy) mənasını daşıyır.

Ayrıca bu kəndin əfsanəvi xalq qəhrəmanı,azadlıq mücahidi Ağaməmməd kimi görkəmli nümayəndəsidə vardır. Ağaməmməd 1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri-türklərinin apardığı müharibədə, tarixə “Qara göl”  döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmışdır.

Cağazur kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi

redaktə

Zəngəzur qazasının 1874-cü ildə tərtib edilmiş Kameral təsvirinə istinadən,kənddə 45 ailə,111 kişi və 76 qadın yaşayıb,hamısı tatardır.[2]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. ↑ Əhmədli, Nazir. Zəngəzur qəzasının kameral təsviri. 1874-cü il (Azərbaycan) (1). Bakı: “Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi. 2021. 217. ISBN 9789952827507.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cağazur&oldid=7975202"
LOVE.AZ