. Love.az

Cabbar Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Cabbar Eliyev

Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960).

Cabbar Əliyev
Doğum tarixi 15 yanvar 1904(1904-01-15)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 30 noyabr 1973(1973-11-30) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan SSR əməkdar artisti
IMDb ID3107996

Həyatı

redaktə

Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub.[1]

Əli adlı yeganə oğlu olmuşdur.

Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. Görüş (film, 1955)
  2. O olmasın, bu olsun (film, 1956)
  3. Qızmar günəş altında (film, 1957)
  4. Bizim küçə (film, 1961)
  5. Leyli və Məcnun (film, 1961)
  6. Romeo mənim qonşumdur (film, 1963)
  7. Cazibə Qüvvəsi (1964)
  8. Qaraca Qız (1966)
  9. Poçt qutusu (film, 1967)
  10. Bizim Cəbiş müəllim (film, 1969)
  11. Dəli Kür (film, 1969)

İstinadlar

redaktə
  1. ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.254
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cabbar_Əliyev&oldid=6445049"
LOVE.AZ