Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiri, dosent, aqrar elmlər üzrə fəlsəfə doktoru.
Cabbar Nəcəfov | |
---|---|
Nəcəfov Cabbar Sərdar oğlu | |
Doğum tarixi | 11 aprel 1971(1971-04-11) (54 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | Aqrar-sənaye kompleksi, kənd təsərrüfatı |
Elmi dərəcəsi |
|
İş yeri | |
Təhsili | Kirovoqrad Kənd Təsərrüfatı Maşınqayırma İnstitutu |
1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir.
1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2023-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiridir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur. 75 elmi əsərin müəllifi və həmmüəllifidir. Əsərləri Bakı, Berlin, Moskva, Dərbənd, Naxçıvan şəhərlərində müxtəlif məcmularda dərc olunmuşdur .
Naxçıvan Muxtar Respublikasının azyayılmış qiymətli üzüm sortları toplanılmış, kolleksiya – tarla bağı salınmış, həmçinin 178 sortdan ibarət üzüm bitkisinin genofond zənginliyi aşkar edilmiş, itirilmə təhlükəsi aradan qaldırılmış, 20 yeni aşkar olunmuş sortun biomorfoloji və təsərrüfat texnolji xüsusiyyətləri öyrənilmiş, emal istiqamətləri təyin edilmiş, ən əsası mənfur ermənilərin bu sortların mənimsənilməsinə qarşı mübarizə aparılmışdır [1]. Bu iş davam etdirilir və sonuna kimi də aparılacaqdır.
Kitabları:
Elmi məqalələri: