Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Cahanbaxş Cavadzadə (21 may 1902, Yelizavetpol – 6 fevral 1972, Kirovabad) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü[1]
Cahanbaxş Cavadzadə | |
---|---|
Cahanbaxş Salman oğlu Cavadzadə | |
![]() | |
Doğum tarixi | 21 may 1902(1902-05-21) |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 1972(1972-02-06) (69 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tərcüməçi |
Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır.
1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabı ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün İstanbul şəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur.
1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir.
1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir.
1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F. Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir. Xidmətlərinə görə müxtəlif medallarla təltif olunmuş nasir 1972-ci ilin fevralın 6-da Gəncədə vəfat etmişdir.
Ədəbi fəaliyyətə şeirlə başlamış, sonralar nəsrə keçmişdir. "Qızıl Gəncə" jurnalında ilk mətbu nəsr əsəri — "Yaxşı həyat" dərc olunmuş, 1928-ci ildən dövri mətbuatda çıxış etmişdir. Tbilisidə "Zarya Vostoka" qəzeti redaksiyasında tərcüməçi işləmiş, oçerk və hekayələr, tənqidi məqalələr yazmış, Avropa, rus yazıçılarından (D.Bednıy, Gi de Mopassan, P.Pavlenko, Yulius Fuçik, Aleksandr Puşkin, A.Punko, D.Mamin-Sibiryak) tərcümələr etmiş, Mixail Şoloxovun "Sakit Don" romanın ilk nəşri Cahanbaxş tərəfindən Gəncədə tərcümə edilərək 1933-cü ildə Bakıda, Azərnəşrdə çap olunmuşdur. Daha sonra 1936-cı ildə 2-ci kitab, 1949-cü ildə 3-cü kitab, 1950-ci ildə 4-cü kitab Azərnəşrdə çap edilərək oxuculara təqdim olunmuşdur. 1962-ci ilin martında isə "Sakit Don" romanın 4 kitabını yeni akademik nəşrə hazırlanmasına dair tərcüməçi Cahanbaxş müqavilə imzalamış, bu romanın 8 cilddən ibarət külliyat şəklində nəşrindən 6 kitabı məhz ona həvalə edilmişdir. Səməd Vurğunun gənclik illərindən bəhs edən "Ömrün pərişan günləri" romanı "Azərbaycan" jurnalının 1997-ci il 11–12-ci nömrələrində dərc olunmuşdur. 1946-cı ildən birpərdəli komediyalar qələmə almışdır.