. Love.az

Cahangir Nagiyev - Wikipedia - Love.az

Ana Səhifə - Cahangir Nagiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Nağıyev Cahangir Musa oğlu (31 mart 1903, Yelizavetpol – 16 noyabr 1929) — azərbaycanlı filosof və Azərbaycan Kommunist Partiyasının fəal üzvü.[1]

Cahangir Nağıyev
Doğum tarixi 31 mart 1903(1903-03-31)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 noyabr 1929(1929-11-16) (26 yaşında)
Təhsili
  • Gəncə Kişi Gimnaziyası,
  • Moskva Dövlət Universiteti,
  • Qırmızı Professorlar İnstitutu

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

1903-cü il martın 31-də Gəncədə anadan olub. Atasını çox tez, 1905-ci ildə itirmişdir.

1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar.

Təhsili

redaktə

1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə Kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə Kommunist partiyası sıralarına daxil olmuşdur.[1]

1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan "Kommunist" jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsinə köçürülür. Son kursda C.Nağıyev ağır xəstələnir. Buna baxmayaraq o, Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirir və işləmək üçün Bakı şəhərinə göndərilir. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirə oxumuşdur.

Fəaliyyəti

redaktə

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra C.Nağıyev əvvəlcə Gəncədə Quberniya Komitəsinin, sonra isə Gəncə Dairə Komitəsinin məsul katibi işləmişdir. 1922-ci ilin yanvar ayında o, Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Bakıya qayıtdıqdan sonra həkimlərin məsləhəti ilə müalicə almaq üçün Fransa və Almaniyaya göndərilir. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, fars və ərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır. Bakıya qayıtdıqdan sonra o, yenicə təşkil olunmuş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə başçılıq edir və Azərbaycan Dövlət Universitetində dialektik materializmdən dərs deyir, bir qədər sonra isə həmin universitetdə dialektik materializm kafedrasının müdiri olur.[1]

Mənbə

redaktə
  • Fəlsəfə ensiklopedik lüğəti. Bakı: Azərbaycan Ensiklopediyası NPB, 1997.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Cahangir Musa oğlu Nağıyev". ganca.org. 2021-07-28 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cahangir_Nağıyev&oldid=7966715"
LOVE.AZ