Cahangirli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli inzibati ərazi dairəsində yerləşən kənd.[1] Kənd Oxçuçay çayının sol sahilində, Zəngilanın cənub-şərqində və Mincivanın şimal-şərqində, dəniz səviyyəsindən 409 metr hündürlükdə yerləşir.
Cahangirbəyli | |
---|---|
39°03′09″ şm. e. 46°44′20″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 334 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il oktyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]
1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə, Azərbaycanın Qubadlı rayonunun Zəngilan kənd bölgəsinin Cahangirbəyli və Cavadbəyli kəndi ilə birlikdə 335 nəfər (83 ailə) əhali yaşayırdı və əhalisinin əsas hissəsini Azərbaycan türkləri təşkil edirdi.[3]
1933-cü il yanvarın 1-də Cahangirbəyli, Gizin, Tiri və Vəliqulubəyli kəndləri ilə birlikdə Zəngilan rayonunun Cahangirbəyli kənd şurasını təşkil edirdi. Kəndin əhalisi 75 nəfər (32 ev, 36 kişi və 39 qadın) idi. Kənd şurasının ümumi milli tərkibi 100% türkdilli idi (Azərbaycanlılar).[4]
1993-cü ilin oktyabrında, I Qarabağ Müharibəsi zamanı Zəngilan rayonu Ermənistan qüvvələri tərəfindən işğal edilərək dağıdılmışdır.[5][6]
2020-ci oktyabrın 21-də, II Qarabağ Müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Cahangirbəyli kəndinin azad edildiyini elan etmişdir.[7] 2023-cü mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kəndi ziyarət etmiş və kəndin təməlqoyma mərasimində iştirak etmişdir.[8][9]
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir.
Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir”.
Cahangirbəyli kəndi rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşir. Yaşayış məntəqəsi üçün əsasən qışda soyuq, küləkli, yayda isə isti hava şəraiti üstünlük təşkil edir. Kənd quru və çılpaq dərələrlə, məskunlaşma nəticəsində sonradan salınmış meyvə bağları ilə əhatə olunmuşdur. Suvarma üçün əsas mənbə Oxçuçaydan ayrılmış Şirinbəy və Qıraq arxlardır.
Kəndin əhalisi azərbaycanlılardan ibarət olmuşdurdir. Son statistik məlumata görə sözügedən oykonimdə qeydiyyatda olan əhalinin sayı 1000 nəfərə yaxınlaşıb.
Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olmuş, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınmışdır. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olmuş və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınmışdı.
Kənddə şərab zavodu fəaliyyət göstərmişdir.