. Love.az

Camaldin - Wikipedia - Love.az

Ana Səhifə - Camaldin

Camaldın (əvvəlki adı: Camaldin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]

Camaldın
39°05′25″ şm. e. 45°35′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.344 nəf. (2010)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Camaldın xəritədə
Camaldın
Camaldın

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Camaldin Camaləddin şəxs adının təhrifə uğramış forması hesab olunur. Əslində, Camal (şəxs adı) və din/ dın (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, adını Camal yaylağının adından almışdır.[4]

Tarixi

redaktə

Tarixi abidələri

redaktə

Kənddə XII əsrə aid Əliməmməd ibadətgahı var.

  • Ali Məhəmməd piri (Camaldın)

Coğrafiyası və iqlimi

redaktə

Kənd Əlincəçayın sahilində, dağ ətəyində yerləşir.

Əhalisi

redaktə

Əhalisi 1464 nəfərdir.

İstinadlar

redaktə
  1. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  4. ↑ Camaldın // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Camaldın&oldid=8143027"
LOVE.AZ