. Love.az

Camalxan Bey Huseynbeyov - Wikipedia - Love.az

Ana Səhifə - Camalxan Bey Huseynbeyov

Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov (1808 – 15 fevral 1864) — Qarabağ atlı alayın naibi, mülkədar

Camalxan bəy Hüseynbəyov
Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1808
Doğum yeri Hüseynbəyli, Dizaq-Cəbrayıllı mahalı,  Rusiya İmperiyası
Vəfat tarixi 15 fevral 1864
Vətəndaşlığı Rusiya imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Hüseynbəyovlar
Təltifləri IV dərəcəli "Müqəddəs Anna" ordeniI dərəcəli Müqəddəs Stanislav ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Ailəsi
  • 4 Həmçinin Bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizaq-Cəbrayıllı mahalının Hüseynbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rus ordusunda, Qarabağ atlı alayında, 3-cü yüzlüyün sultanı vəzifəsində xidmət etmişdi. 11 yanvar 1829-cu ildə Prapоrşik rütbəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı obalara, Cilən adlı kəndə yiyələnmişdi.

Hacı Camalxan bəy Hüseynbəyov 15 fevral 1864-cü ildə vəfat edib.

Mükafatları

redaktə

Camalxan bəy Hüseynbəyov 11 yanvar 1829-cu ildə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə, 7 fevral 1856-cı ildə Müqəddəs Stanislav ordeni ilə və qılıncla təltif olunmuşdu.

Ailəsi

redaktə

Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsənəli bəy, Hüseynəli bəy adlı obaları vardı.

Həmçinin Bax

redaktə
  • Qarabağ atlı alayı
  • Cəbrayıllı eli

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Camalxan_bəy_Hüseynbəyov&oldid=7575929"
LOVE.AZ