. Love.az

Cavansir Pasazade - Wikipedia - Love.az

Ana Səhifə - Cavansir Pasazade

Cavanşir Hümmət oğlu Paşazadə (12 aprel 1953, Cil, Lənkəran rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1], IV çağırış, V çağırış, VI çağırış və VII çağırış deputatı.

Cavanşir Paşazadə
Azərbaycan Respublikasının Milli Məclisinin III–VI çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 1953(1953-04-12) (72 yaş)
Doğum yeri
  • Cil, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə doktoru

Təltifləri "Şöhrət" ordeni — 20132013"Şərəf" ordeni — 20232023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir.

1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.

Siyasi fəaliyyəti

redaktə

Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. III–VI çağırış Milli Məclisin deputatı olmuşdur. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]

Mükafatları

redaktə
  • 11 aprel 2013-cü il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
  • 11 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.[3]

İstinadlar

redaktə
  1. ↑ Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  2. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  3. ↑ "C.H.Paşazadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.

{

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cavanşir_Paşazadə&oldid=8079735"
LOVE.AZ