Cek və lobya ağacı — ingilis nağılıdır. Bu nağıl ilk dəfə olaraq 1734-cü ildə[1] "The Story of Jack Spriggins and the Enchanted Bean" (Cek Spriqqins və sehrli lobyanın nağılı) və 1807-ci ildə[2] Benjamin Tabart tərəfindən əxlaq dərsi kimi verilmiş "The History of Jack and the Bean-Stalk" (Cek ilə lobya sapının hekayəsi) əsərlərində meydana çıxmışdır. Feliks Summerli (ing. Felix Summerly) təxəllüsü ilə əsərlərini nəşr edən Henri Koul (ing. Henry Cole) bu hekayəni 1845-ci ildə The Home Treasury-da məşhurlaşdırmışdır[3] və 1890-cı ildə Cozef Ceykobs (ing. Joseph Jacobs) onu İngilis Nağıllarında (ing. English Fairy Tales) yenidən yazmışdır.[4] Ceykobsun versiyası müasir dövrdə ən çox təkrar nəşr edilən variantdır və bu versiya əxlaqi məlumatlardan məhrum olduğu üçün onun şifahi versiyalara Tabartınkından daha yaxın olduğu zənn edilir.[5]
"Cek və lobya ağacı" arxetipik Korniş və ingilis qəhrəman və stok personaj (stock charachter) olan Cekin iştirak etdiyi hekayələr silsiləsindən olan "Cek nağılları"nın ən məşhurudur.[6]
Darem Universiteti və Yeni Lissabon Universiteti tədqiqatçılarının fikrincə, hekayə beş min ildən daha əvvəl yaranmış və hal-hazırda folklorşünaslar tərəfindən ATU 328 Oqrenin Xəzinəsini Oğurlayan Oğlan kimi təsnif edilən ümumi arxaik hekayə formasına əsaslanır.[7]