. Love.az

Cenevre Konvensiyalari - Wikipedia - Love.az

Ana Səhifə - Cenevre Konvensiyalari

Cenevrə konvensiyaları (ing. Geneva Conventions) — 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir.[1] Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir:[1]

  • Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında,
  • Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında,
  • Hərbi əsirlərlə rəftar haqqında,
  • Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında.

1977 və 2005-ci illərdə Konvensiyaya protokollar əlavə edilmişdir.[1] Üç əlavə protokol:

  • Beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir,
  • Qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir,
  • Üçüncü əlavə emblemin qəbulu (Qızıl Kristal)

Ümumilikdə, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.[1]

Həmçinin bax

redaktə
  • Cenevrə müşavirəsi (1955)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Beynəlxalq hüquqa dair Cenevrə Konvensiyaları". sesqazeti.az. sesqazeti.az. 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2016.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cenevrə_konvensiyaları&oldid=7874219"
LOVE.AZ