Ceyda Əsli Qılıncqıran (türk. Ceyda Aslı Kılıçkıran; 16 fevral 1968[1], İzmir) — türk ssenarist və rejissoru, feministi.
Ceyda Əsli Qılıncqıran | |
---|---|
türk. Ceyda Aslı Kılıçkıran | |
![]() | |
Doğum tarixi | 16 fevral 1968(1968-02-16)[1] (57 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, kinorejissor, ssenarist |
![]() |
Ceyda Əsli 16 fevral 1968-ci ildə İzmirdə anadan olub. Atası Türkiyə Radio və Televiziya Qurumunda (TRT) ilk rejissor və proqram prodüseri kimi fəaliyyət göstərənlərdən olub.
1993-cü ildə İstanbul Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirən Qılıncqıran 1 il konservatoriyada təhsil alıb.
O, Daily News və The Middle East Journalda daxil olmaqla bir sıra xarici KİV-lərdə jurnalist-yazıçı kimi də çalışıb. Daha sonra o, CIDC Insight jurnalının baş redaktoru təyin edilib.[2] [3] [4]
Reklam ssenariləri yazmağa və tanıtım filmləri çəkməyə başlayan Qılıncqıran, daha sonra ssenaristi özünün olduğu filmlərini çəkməyə başladı. Onun ilk filmi "Mən azadlığımı və səni sevirəm" ABŞ-də Pensilvaniya Film Festivalında mükafat qazanıb. Onun digər bir filmi olan "Su yolu" Fransada Bordo Film Festivalında da xüsusi mükafat qazanmışdır.
2005-ci ildə çəkilmiş "Bir parça azadlıq" filmi Antalya Qızıl Portağal kinofestivalına namizəd olub.[2]
2007-ci ildə çəkilən, prodüseri və rejissoru olduğu "Keçərkən baş çəkdim" filminin mövzusu həyat və müasir qadın portretindən ibarətdir. Türkiyənin öndə gedən qadın haqları fəallarından və feminist yazarlarından Duyğu Asenaya həsr olunmuş filmdə baş rolda Halə Soyqazi çəkilib.[5]
2007-ci ildə çəkilmiş "Kilid" filmi ilk müsəlman qadın teatr aktrisası Afife Jalənin (1902–1941) həyatından bəhs edir. Film 2008-ci ildə Qadın Əsərləri və Kitabxanası Fondu tərəfindən mükafata layiq görülüb.[6]
Qılıncqıran amerikalı kinorejissor və prodüser Robert Rixter tərəfindən Yaxın Şərqdəki müsəlman qadınların həyatından bəhs edən sənədli film layihəsi təklifini alıb.[7]
Qılıncqıran, həmçinin İstanbul Qısa Film Rejissorları Dərnəyindən bir mükafat və Baş Nazirlik mükafatı da alıb.[8]
Ceyda Əsli Qılıncqıran Türkiyədə və hətta Yaxın Şərqdə çox az sayda qadın rejissordan biridir. Onun filmlərinin mövzuları şəxsiyyət, bərabərlik və qadın azadlığına yönündə olub.
Onun 2014-cü ildə yazdığı "Yeni dövrün astanasında" adlı kitabı var. "Keçid" sənədli filmindən də bölmələrin yer aldığı kitabında Hindistan və ABŞ-də çəkilmiş dünyanın aparıcı ruhani ustadları ilə müsahibələr yer almışdır.[9]