. Love.az

Ceyhun Hesenov General Leytenant - Wikipedia - Love.az

Ana Səhifə - Ceyhun Hesenov General Leytenant
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Ceyhun Həsənov.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Ceyhun Əkbər oğlu Həsənov (5 dekabr 1962, Salyan rayonu) — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016–2023), ədliyyə general-leytenantı.

Ceyhun Həsənov
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi
10 iyun 2016 – 10 iyul 2023
ƏvvəlkiMədət Quliyev
SonrakıMirsaleh Seyidov
Azərbaycan Respublikasının
Daxili İşlər Naziriliyi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi
2004 – 2016
ƏvvəlkiOqtay Əliyev (1994–2004)
SonrakıEmin Şəkinski
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1962(1962-12-05) (62 yaş)
Doğum yeri
  • Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası
Rütbəsi
Ədliyyə general-leytenantı

Həyatı

redaktə

Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli 2103 nömrəli Sərəncamı[1] ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır.

Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cü il tarixli 3957 nömrəli Sərəncamı[2] ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub.

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 364 nömrəli Sərəncamı[3] ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "E-QANUN". e-qanun.az. İstifadə tarixi: 2025-05-23.
  2. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "E-QANUN". e-qanun.az. İstifadə tarixi: 2025-05-23.
  3. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "E-QANUN". e-qanun.az. İstifadə tarixi: 2025-05-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ceyhun_Həsənov_(general-leytenant)&oldid=8146461"
LOVE.AZ