. Love.az

Ceyhun Mollazade - Wikipedia - Love.az

Ana Səhifə - Ceyhun Mollazade
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Ceyhun Mollazadə (18 may 1960, Bakı) — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş müvəqqəti işlər vəkili (1992–1993).

Ceyhun Mollazadə
Doğum tarixi 18 may 1960(1960-05-18) (65 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti diplomat

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Ceyhun Mollazadə 1960-cı il mayın 18-də Bakıda anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1992–1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub.

1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzininin baş elmi işçisi olduğu dönəmdə özünün JNM konsalting şirkətini yaradıb. 1997–2003-cü ilər ərzində isə Star Kapital Qrupun Türkiyə, Yaxın Şərq, Orta Asiya və Qafqaz üzrə baş direktoru vəzifəsini icra edib.

Fəaliyyəti

redaktə

2004-cü ildə transmilli "Qtel" şirkəti ilə tərəfdaşlıq etməyə başlayıb və Latın Amerikası, Afrika, Azərbaycan və Gürcüstanda simsiz genişzolaqlı şəbəkənin inkişafı və bu sahəyə maliyyə resurlarının cəlbini təşkil edib.

2005-ci ildə isə Azərbaycanda "AzQtel" MMC-ni yaradıb. 2010-cu ilin noyabr ayından etibarən şirkət Sazz 4 G brend adı altında WiMAX 4G texnologiyası əsasında qurulmuş simsiz, limitsiz, genişzolaqlı İnternet xidmətini paytaxt Bakı, habelə Sumqayıt və Abşeron yarımadasının sahilyanı qəsəbələrinə müvəffəqiyyətlə tətbiq etməyə başlayıb. 2009-cu ildən "AzQtel"şirkətinin rəhbəridir.

Şəxsi həyatı

redaktə

Millətvəkili Asim Mollazadənin qardaşıdır.

Xarici keçidlər

redaktə
  • "AzQtel" MMC şirkəti
  • "US Azeris Network"un həmdirektoru Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Sazz
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ceyhun_Mollazadə&oldid=8047635"
LOVE.AZ