Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.[1]
Chip Chrome & the Mono-Tones | ||||
---|---|---|---|---|
![]() | ||||
The Neighbourhood tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 25 sentyabr 2020 | |||
Müddət | 31:42 | |||
Leybl | Columbia | |||
The Neighbourhood albomlarının xronologiyası | ||||
|
İndiyədək alternativ rok səpkisində yaradıcılıq nümunələri təqdim edən The Neighbourhood ansablı öz yeni albomunda əhəmiyyətli üslub dəyişikliyi edərək futuristik elektro-fank elementlərini musiqisinə daxil edib.[2] Əsərin konseptual əsasını təşkil edən Chip Chrome obrazı ilə qrupun solisti Cessi Ruterford yeni musiqi kimliyini formalaşdırıb. Bu personaj, Devid Bouinin məşhur Ziggy Stardust obrazı və disko dövrünün parlaq estetikası ilə assosiasiya yaradır. Məhz bu alter eqo vasitəsilə albomun bütün kompozisiyaları vahid bədii-estetik xətt boyunca inkişaf edir.[3]
Cessi Ruterford müsahibəsində demişdir:
![]() |
Ziggy Stardust-un kokainə olan aludəçiliyi məlum məsələdir. Chip də eyni vəziyyətdədir, sadəcə onun asılılığı virtual aləm və sosial şəbəkələrdir.[4] | ![]() |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Chip Chrome" | 0:31 |
2. | "Pretty boy" | 3:54 |
3. | "Lost in Tranlastion" | 3:10 |
4. | "Devil's Advocate" | 3:06 |
5. | "Hell or High Water" | 2:19 |
6. | "Cherry Flavoured" | 3:28 |
7. | "The Mono-Tones" | 1:13 |
8. | "BooHoo" | 3:11 |
9. | "Silver Lining" | 2:59 |
10. | "Tobacco Sunburts" | 4:56 |
11. | "Middle of Somewhere" | 2:51 |
Ümumi müddət: | 31:42 |