Cinsi azlıq[1] və ya seksual azlıq[2] — cinsi kimliyi, oriyentasiyası və ya praktikası cəmiyyətin əksəriyyətindən fərqli olan qrup. Əsasən LGB və ya qeyri-heteroseksual şəxslərə aid etmək üçün istifadə olunur,[3][4] lakin eyni zamanda transgender,[5] non-bayneri (üçüncü gender daxil olmaqla[6]) və ya interseks fərdlərə də aid edilə bilər.
Cinsi azlıq "LGBTİ" (lezbiyan, gey, biseksual, transgender və interseks) abreviaturuna daxil olan və cinsi oriyentasiyası, ya da cinsi kimliyi dəyişənləri əhatə edən ümumi bir termindir. Bura özünü LGBTİ olaraq təsnif etməyənlər və ya reproduktiv inkişafa təsir edən xüsusi bir tibbi vəziyyəti olanlar daxildir.[7]
Cinsi azlıq termini, çox güman ki, 1960-cı illərin axırlarında Lars Ullerstamın "Erotik azlıqlar: İsveç baxış-bucağı" kitabının təsiri altında yaranmışdır. Kitab üzvlərinin "cinsi cinayətkar" olaraq adlandırıldığı pedofiliya və qeyri-adi seksuallıq kimi parafiliyalara qarşı tolerantlıq və empatiyanı dəstəkləyirdi.[8] Bu termin etnik azlığa analoq kimi də istifadə edilmişdir.[9][10]
Ritç Savin-Vilyams kimi elm adamları özünü hər hansı bir təyin edilmiş cinsi kimlik etiketi altında kateqoriyalaşdıra bilməyən, lakin hələ də özləri ilə eyni anatomik cinsdən olanlara qarşı cazibəsi olan yeniyetmə gəncləri dəqiq təsvir etmək üçün bu termindən istifadə etməyi dəstəkləyirlər.[11]
SUMMARY. This chapter explores the cultural, religious, and sociological underpinnings of homophobia and intolerance toward homosexuals.