Coşqun Şahin oğlu Diniyev[3] (13 sentyabr 1995[1][2], Bakı) — Türkiyə 1-ci Liqası təmsilçilərindən olan "Çorum" klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu.[4]
Coşqun Diniyev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Coşqun Şahin oğlu Diniyev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 13 sentyabr 1995(1995-09-13)[1][2] (29 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,69 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 19 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Coşqun Diniyev 13 sentyabr 1995-ci ildə[5] Bakıda anadan olub. Onun atası Şahin Diniyev[6] hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür.[7] Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də "Kəpəz", "Zirə", "Sabah", "Səbail" kimi klublarda futbolçu kimi çıxış edib.[8]
İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı "İnter Bakı" klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətində meydana çıxıb. Digər 2 qarşılaşmada isə əvəzetmədən oyuna çıxıb. Peşəkar futbolçu kimi ilk qolu 2014/15 mövsümünə təsadüf edir. Həmin mövsümdə klubun əsas oyunçularından birinə çevrilən Coşqun 26 oyunda 2 qol vurmağı bacarır. Azərbaycan Premyer Liqasının turu çərçivəsində keçirilən İnter 7-0 Bakı FK oyununda və "Araz-Naxçıvan" 1–3 İnter oyunlarında fərqlənir. Həmin mövsümdə komandasının heyətində 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ümumilikdə isə "İnter"in heyətində 35 oyun keçirir və 2491 dəqiqə meydanda olur. Komandası ilə 2013/14 və 2014/15 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanırlar.
İlk Avrokubok matçına da “İnter”in heyətində çıxır. Belə ki, UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Finlandiyanın "Mariehamn"a qarşı oyunda avrokubok debütünü edir. Növbəti mərhələyə yüksələn komandanın rəqibi Moldovanın "Tiraspol" kollektivi olur. “İnter”in Bakıda 3-1 hesabı ilə qalib gəldiyi oyunda Coşqun da meydanda olur.
2015-ci ildə baş məşqçi Qurban Qurbanovun istəyi ilə Ağdamın "Qarabağ" klubuna transfer olunur.[9] “Qarabağ”a transfer olunduğu ilk mövsümdə 32 rəsmi matça çıxır və 1 qol vurur. Gəncədə keçirilən "Kəpəz" 2-3 "Qarabağ" oyununda komandasının qollarından birinin müəllifi olur.[10] 2015-16 Avrokubok mövsümündə "Qarabağ" ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar" ilə keçirilən hər oyunda meydana çıxıb. 2015/16 və 2016/17–ci il mövsümlərində Azərbaycan Kubokunun qalibi, 2015/16, 2016/17, 2017/18-ci illərdə isə Azərbaycan Premyer Liqasının qızıl medallarının sahibi olub. Ümumilikdə "Qarabağ" ilə Azərbaycan Kubokunun 2, Azərbaycan Premyer Liqasının isə 3 qat qalibi olub.
2016/17 futbol mövsümündə "Qarabağ" ilə 21 rəsmi oyuna çıxır və 1 qol vurur. 2017/18 mövsümündə 22, 2018/19 mövsümündə isə 7 oyunda meydanda olur.[11]
Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının təsnifat, qrup mərhələlərində iştirak edib.[12]
2018-ci ildən 2021-ci ilin sentyabr ayına qədər "Sabah" klubunun [13][14] şərəfini qoruyub.[15] Bu komandada 38 rəsmi oyuna çıxıb, 2 qol vurub.[16][17][18][19][20][21][22]
2021-ci ildən etibarən "Zirə"nin[23][24] heyətinə cəlb edilib.[25] "Qarabağ"da oyunçu yoldaşı olan Rəşad Sadıqov baş məşqçi kimi çalışdığı kluba Coşqunu transfer edir.[26][27] Zirə FK ilə 2021/2022-ci il Azərbaycan Premyer Liqasında 12 rəsmi oyuna çıxıb və 1 qol vurub. Hal-hazırda "Zirə"nin şərəfini qoruyur.[28][29]
11 fevral 2025-ci ildə Türkiyə 1-ci Liqasında çıxış edən "Çorum" Diniyev ilə 1,5 illik müqavilə imzalayıb.[30]
17 yaşı olarkən ilk dəfə milli komandaya çağırılıb.[31] 2011-ci ilə təsadüf edən vaxtda Azərbaycan Milli Futbol[32] Komandasının 17 yaşlılardan ibarət heyətində 3 rəsmi oyuna çıxıb. U21 millinin heyətində isə 1 rəsmi oyuna çıxıb.[33]
Əsas milli komandaya 2015-ci ildə çağırılıb.[34] İlk rəsmi oyuna Norveç ilə səfərdə çıxıb. Həmin qarşılaşma 0-0 hesabı ilə başa çatıb.[35] Ümumilikdə Azərbaycan milli komandası ilə 28 oyuna çıxıb.[36][37]