Cordana (ing. Jordana; 22 iyun 2000, Vaşinqton) — Bedrum-pop janrındakı mahnılarına görə tanınan ABŞ musiqiçisi. Los-Ancelesdə fəaliyyət göstərir.
Cordana | |
---|---|
![]() Cordana 2022-ci ildə səhnədə canlı çıxış edir | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 iyun 2000(2000-06-22) (24 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 2019-cu ildən |
Janr | bedrum-pop |
![]() |
Cordana Naye 2000-ci il iyunun 22-də Vaşinqtonda anadan olub. Onun atası kilsədə orqan çalırdı. Cordana atasının məsləhəti ilə skripka ifa etməyə başlamış və daha sonra öz istəyi ilə gitaraya keçmişdir.[1]
Cordana on səkkiz yaşında olarkən 2019-cu ildə "Classical Notions of Happiness" adlı studiya albomu çıxarıb. Albom dinləyicilərdən müsbət rəylər qazanmış və səsyazma şirkəti olan Grand Jury-nin diqqətini cəlb etmişdir. Sözügedən şirkət 2020-ci ildə Cordana ilə müqavilə bağlamışdır ki, həmin albomu yenidən buraxsın.[2]
Cordana 2020-ci ilin iyun ayında yaxın zamanda yeni minialbom yayımlayacağını elan edib. "Titled Something to Say" 31 iyul tarixində işıq üzü görüb.[3][4] NME sözügedən minialboma beş üzərindən dörd ulduz verib.[5] Həmin ilin 15 sentyabrında Cordana əvvəlki minialbomunun davamı olaraq "To You" adlı minialbom çıxaracağını bəyan edib. Cordana hər iki minialbomu birləşdirərək "Something to Say to You" adlı ikinci studiya albomunu əmələ gətirib. Bu albom 4 dekabrda yayımlanıb.[6]
Cordana 13 oktyabr 2021-ci ildə indi-pop qrupu TV Girl ilə hazırladığı kollaborativ minialbom olan "Summer's Over"-i təqdim edib.
O, 2022-ci il fevralın 8-də Grand Jury Music vasitəsilə "Catch My Drift" adlı sinqlını yayımlayıb.[7]
2023-cü ilin sentyabrında Yot Club ilə birgə ifa etdiyi "Safe House" sinqlını çıxarıb.[8]
Cordana müğənni Dent May-ın 2024-cü ilin fevralında buraxılan "Coasting on Fumes" mahnısında xüsusu qonaq qismində çıxış edib.[9]
Studiya albomları
EP-lər