. Love.az

Cozef Cemberlen - Wikipedia - Love.az

Ana Səhifə - Cozef Cemberlen
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Çemberlen.

Cozef Çemberlen (ing. Jozef Chamberlain; 8 iyul 1836[1][2][…], London[4] – 2 iyul 1914[1][2][…], London[4]) — Böyük Britaniya dövlət xadimi, fabrikant, Ostin və Nevill Çemberlenin atası.

Cozef Çemberlen
ing. Joseph Chamberlain
Muxalifət lideri
8 fevral – 27 fevral 1906
ƏvvəlkiArtur Ceyms Balfur
SonrakıArtur Ceyms Balfur
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1836(1836-07-08)[1][2][…]
Doğum yeri
  • London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[4]
Vəfat tarixi 2 iyul 1914(1914-07-02)[1][2][…] (77 yaşında)
Vəfat yeri
  • London, London qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[4]
Vəfat səbəbi insult
Dəfn yeri
  • Key Hill qəbiristanlığı[d]
Partiya
  • Mühafizəkarlar Partiyası (1912–1914)
Təhsili
  • London Universitet Kolleci
Fəaliyyəti siyasətçi
Uşaqları
  • Nevill Çemberlen[3],
  • Ostin Çemberlen[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

redaktə

Siyasi fəaliyyətinin ilk dövründə Liberallar partiyasının radikal cinahına mənsub olmuşdur. 1873 — 1876-cı illərdə Birminhem meri olmuş, 1876-cı ildə parlament deputatı seçilmişdir. 1880 — 1885-ci illərdə Vilyam Qladston hökumətinə daxil olmuşdur. İrlandiyaya muxtariyyət verilməsinə etiraz əlaməti olaraq Çemberlen və onun tərəfdarları Liberallar partiyasından çıxaraq mühafizəkarlara qoşulmuşdular. 1895 — 1903-cü illərdə müstəmləkələr naziri, ingilis-bur müharibəsi (1899 — 1902) dövründə Böyük Britaniyanın müstəmləkə ekspansiyasının əsas ilhamçısı və təşkilatçısı olmuşdur. 1906-cı ildə xəstəliyi ilə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Poole G. W. Joseph Chamberlain // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Kindred Britain.
  4. ↑ 1 2 3 4 Чемберлен Джозеф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cozef_Çemberlen&oldid=6906531"
LOVE.AZ