. Love.az

Crataegus Zangezura - Wikipedia - Love.az

Ana Səhifə - Crataegus Zangezura

Zəngəzur yemişanı (lat. Crataegus × zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Zəngəzur yemişanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Maleae
Yarımtriba:
Malinae
Cins:
Yemişan
Növ:
Zəngəzur yemişanı
Beynəlxalq elmi adı
  • Crataegus × zangezura, 1939
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  637319

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını əhatə edir. Endemik bitkidir. Gorus çay yamacından təsvir edilmişdir (Gorus şəhərinin yaxınlığında).

Botaniki təsviri

redaktə

Hündürlüyü 1,5 m-dək olan koldur. Budaqları tünd boz, zoğları nazik, tünd qonur, çılpaq və ya bir az tükcüklüdür. İynələri azsaylı, qoltuq zoğları yarpaqsiz, qısa, uzunluğu 7-10 mm, təxminən tünd bozdur. Yarpaqların üstü tünd yaşıl, alt tərəfi bir az açıq və çılpaqdır. Meyvə verən zoğlarda alt yarpaqları uzunsov-əks yumurtavari, ensiz ayalı, 3 bölümlü, yarpaqların uzunluğu və eni 3,5 sm-dək, kəsiyində enli-yumurtavaridir. Ayası bəzən yumru, bünövrəli, beş yerə bölünmüş, bəzən isə yuxarı hissəsi kəsiklidir. Steril zoğlarda yarpaqları ayasında daha dərin bölünmüş, yuxarı hissədə pərləri, qeyri-bərabər iri dişli, bəzən küt və enlidir. Çiçək qrupları kiçik, az çiçəkli, çiçək saplağının uzunluğu 6-9 sm, çılpaq və ya azsaylı tükcüklüdür. Meyvələri ellipsvari, uzunluğu 6-9 mm, albalı rəngli, sulu lətli, təxminən 2, bəzən 3 çəyirdəklidir. Meyvəsi sentyabr-oktyabrda yetişir.

Ekologiyası

redaktə

Yamaclarda və qayaların arasında tək bitir.

Azərbaycanda yayılması

redaktə

Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

redaktə

Dekorativ çiçəklərə və meyvələrə mlikdir. Yaşıllaşdırmada geniş istifadə olunur.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəngəzur_yemişanı&oldid=6864090"
LOVE.AZ