. Love.az

Dovlet Remzleri Muzeyi Tovuz - Wikipedia - Love.az

Ana Səhifə - Dovlet Remzleri Muzeyi Tovuz
Bu adın digər istifadə formaları üçün bax: Dövlət Rəmzləri Muzeyi.

Dövlət Rəmzləri Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzey.

Dövlət Rəmzləri Muzeyi
Xəritə
Açılış tarixi 4 mart 2020
Mövzu dövlət simvolları
Ölkə
  •  Azərbaycan
Yerləşir Tovuz rayonu
40°58′54″ şm. e. 45°39′19″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 Qalereya
  • 4 İstinadlar

Tarixi

redaktə

Muzey 4 mart 2020-ci ildə açılmışdır. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1]

Xüsusiyyətlər

redaktə

Muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılmışdır. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.[1]

Qalereya

redaktə
  •  
    İlham Əliyev açılışda.
  •  
    İnteryeri.
  •  
    İnteryeri.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "İlham Əliyev Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib". President.az. 4 mart 2020. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dövlət_Rəmzləri_Muzeyi_(Tovuz)&oldid=7393406"
LOVE.AZ