. Love.az

Dunya Azerbaycanlilari Konqresi - Wikipedia - Love.az

Ana Səhifə - Dunya Azerbaycanlilari Konqresi
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat.

Dünya Azərbaycanlıları Konqresi
DAK
Növü Beynəlxalq
Yaranma tarixi 1997
Rəsmi dili Azərbaycan
Mərkəzi Bakı, Frankfurt
Sədr Firidun Pərvizniya, Sabir Rüstəmxanlı
Üzvləri Dünya Azərbaycanlıları
dak.az

Mündəricat

  • 1 Haqqında
  • 2 Parçalanmalar
  • 3 Təşkilati Quruluş
    • 3.1 Həmsədrlər
    • 3.2 İdarə Heyəti
    • 3.3 NTK üzvləri
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır.

DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib.

Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir.

Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir.

Parçalanmalar

redaktə

DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub.

Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər. Həmin dövrdə təşkilatın parçalanması ilə Dünya Azərbaycanlıları Konqresi adı altında iki qurum fəaliyyət göstərib.

Dünya Azərbaycanlıları Konqresinin 2005-ci ildə parçalanmasından sonra yaranan DAK-lardan birinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xeşti rəhbərlik edib. Bir müddət sonra isə Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək Demokratik Dünya Azərbaycanlıları Konqresi adlandırıb.

2010-cu ilin dekabrın 24-də isə Dünya Azərbaycanlıları Konqresinin Almaniyanın Bonn şəhərində XI Qurultayı keçirildi. Qurultayda təşkilatın strukturunda dəyişiklik edildi, yeni həmsədrlik institutu yaradıldı. Beləliklə, Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Dünya Azərbaycanlıları Konqresinin həmsədri seçildilər.

2015-ci ilin aprelində Dünya Azərbaycanlıları Konqresinin İstanbul şəhərində keçirilən XIII qurultayında Sabir Rüstəmxanlı və Firidun Pərvizniya yenidən təşkilatın həmsədrləri seçildilər.

Təşkilati Quruluş

redaktə

Həmsədrlər

redaktə
  • Sabir Rüstəmxanlı
  • Firidun Pərvizniya

İdarə Heyəti

redaktə
  • Sabir Rüstəmxanlı (DAK həmsədri, millət vəkili, Azərbaycan)
  • Firudin Pərvizniya (DAK həmsədri, Almaniya)
  • Atilla Kaya (Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü, Türkiyə)
  • Əkrəm Fevzi Tərzioğlu (professor, İraq Parlamentinin üzvü, İraq Türkmən Cəbhəsinin təmsilçisi, İraq Türkmən Yazıçılar Birliyinin sədri, Kərkük, İraq)
  • Zəlimxan Məmmədli ("Borçalı" Cəmiyyətinin sədri)
  • İsmayıl Ağayev (Beynəlxalq Diaspor Mərkəzinin sədri)
  • Esmira Əsgərova (ABŞ, Nyu-York)
  • Rəhmət Rafət (Almaniya)
  • Adil Minbaşı (Azərbaycan)
  • Rəhman Abbasov (Rusiya)
  • Kənan Ağazadə (Rusiya)
  • Babək Muğanlı (İran, Güney Azərbaycan)
  • Mirəşrəf Fətiyev (Rusiya)
  • Nail Əhməd (Polşa)
  • Ağrı Qaradağlı (Güney Azərbaycan)
  • Siyavuş Mustafayev (Azərbaycan)
  • Abdulla Bağırov (Rusiya)
  • Xəzər Emin (Azərbaycan)

NTK üzvləri

redaktə
  • Şəhruz Cəngcu (Güney Azərbaycan) – sədr
  • Türkel Əliyev (Almaniya) – müavin
  • Ərtoğrul Cahandar (Türkiyə)
  • Tursunay Türksoy(Doğu Türküstan)

Xarici keçidlər

redaktə
  • DAK rəsmi səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dünya_Azərbaycanlıları_Konqresi&oldid=8047336"
LOVE.AZ