Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru.
Dürdanə Balakişiyeva | |
---|---|
Doğum tarixi | (48 yaş) |
Doğum yeri | Azərbaycan, Bakı |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Eksperimental astrofizika |
Elmi dərəcələri | alim, professor |
İş yeri | Cənubi Metodistlər Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbəri | Arnold Honiq |
Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb.
Alim 2001-ci ildə Nyu-Yorkdakı Sirakuz Universitetində (ing. Syracuse University) işləməyə başlayıb. Daha sonra isə elmi və müəllimlik fəaliyyətini Florida Universitetində davam etdirib. Dürdanə Balakişiyeva elmi karyerasına bərk cisimlər fizikası sahəsindən başlayıb. Tibbi məqsədlər üçün maqnit-rezonans tomoqrafiyasının görüntü imkanlarını yaxşılaşdırmaq məqsədilə ksenonun hiperpolyarizasiyası (XE) metodunu inkişaf etdirib. Tədqiqatın gedişində alim ksenon kristalının yaradılması metodunu işləyib hazırlayıb ki, bu da detektorların yaradılması üçün ideal üsuldur.
Eyni vaxtda hazırda bütün alimlərin diqqət mərkəzində olan "qara materiya" sahəsində tədqiqatlar aparan "SuperCDMS"-lə və yeni eksperimentlər üçün məşhur "Solid Xenon" Enriko Fermi laboratoriyası ilə birgə tədqiqatlara başlayıb. Bir sıra elmi məqalənin müəllifidir: