. Love.az

Duzkend Soreyel - Wikipedia - Love.az

Ana Səhifə - Duzkend Soreyel

Düzkənd, Axuryan — Düzkənd rayonunun mərkəzi.[2][3]

Şəhər
Düzkənd
40°46′53″ şm. e. 43°53′47″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 14 km²
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 9.668 nəf. (2012)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Düzkənd xəritədə
Düzkənd
Düzkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimi
  • 3 Əhalisi
  • 4 İstinadlar

Tarixi

redaktə

Düzkənd İrəvan quberniyasının Aleksandropol qəzasında kənd olmuşdur.[4][5] [133, 89]. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra – 31 dekabr 1937-ci ildə yaradılan Düzkənd rayonunun mərkəzi olmuşdur.[6] XVIII əsrə aid mənbədə — "İrəvan əyalətinin icmal dəftəri"ndə Böyük Düzkənd, Kiçik Düzkənd adlı iki kəndin adı göstərilir[7]. Erməni mənbəyində Düzkənd kəndinin digər adı kimi Böyük Düzkənd göstərilir[8]. Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində[9] qeyd edilmişdir.[6]

Toponimi

redaktə

Toponim türk dilində "düzənlik, çöl düzəngah" mənasında işlənən düz sözünə[10][11] kənd coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır. Relyeflə bağlı düzələn mürəkkəb quruluşlu toponimdir.[6] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur.[6] 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şiralel nahiyəsində kənd adı kimi qeyd olunmuşdur[12][13]. 1931-ci ildən 1950-ci ilədək Düzkənd rayonu və onun mərkəzinin adı idi.

Əhalisi

redaktə

1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[6]

İstinadlar

redaktə
  1. ↑ http://www.armstat.am/file/article/marz_12_42.pdf.
  2. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дүзкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  4. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  5. ↑ Дьяконов И.М. История Мидии Л-М. 1956.
  6. ↑ 1 2 3 4 5 İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. səh.136
  7. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.132
  8. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.42
  9. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.90
  10. ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.70
  11. ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.195
  12. ↑ İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
  13. ↑ Обозрение Российских владений за Кавказом. Спб. . 1836.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Düzkənd_(Şörəyel)&oldid=7245073"
LOVE.AZ