Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi.[2]
Dəli Kür | |
---|---|
![]() Filmin afişası | |
Janr | dram |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifi | İsmayıl Şıxlı |
Ssenari müəllifi | İsmayıl Şıxlı |
Baş rollarda |
Ələddin Abbasov Eldar Əliyev Vladislav Kovalkov Məlik Dadaşov Leyla Bədirbəyli Liya Eliava Zemfira Sadıqova Məmməd Bürcəliyev Fikrət Əliyev Ceyhun Mirzəyev |
Operator | İqor Boqdanov |
Bəstəkar | Cahangir Cahangirov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 13 aprel 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 93,5 dəqiqə |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar |
10 hissə 2559 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri |
Qazax Şamaxı, Çuxuryurd[1] Şamaxı, Dədəgünəş kəndi Bakı (kinostudiyanın pavilyonu) Qori, Gürcüstan |
IMDb | ID1279422 |
Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.