Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.[2]
Dəmirçilər | |
---|---|
41°12′ şm. e. 44°19′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 9km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Erməni mənbələrində Demirçilar kimi qeyd edilir[3].
Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi[4][5] əsasında əmələ gəlmişdir.
XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. "Azərbaycanın coğrafi adlar" kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir[6].
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Kənddə 1897-ci ildə 89 nəfər, 1908-ci ildə 420 nəfər, 1914-cü ildə 105 nəfər azərbaycanlı yaşamışdır[7].
1916–18-ci illərdə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 89 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 144 nəfər azərbaycanlı yaşamışdır[8].
Kənd 1950-ci ilin axırlarında Evli heyvandarlıq sovxozuna birləşdirilmişdir. 1988-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.