. Love.az

Demirli Terter - Wikipedia - Love.az

Ana Səhifə - Demirli Terter
Bu adın digər istifadə formaları üçün bax: Dəmirli.

Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2]

Dəmirli
40°10′55″ şm. e. 46°44′30″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Dəmirli xəritədə
Dəmirli
Dəmirli

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır.[3]

Tarixi

redaktə

Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Coğrafiyası və iqlimi

redaktə

Kənd dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

redaktə

Azərbaycanın ən böyük mis yataqlarından biri bu kənddə yerləşir. 2019-cu ildə Azersky peyklərinin təsvirləri vasitəsilə Dəmirli mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyənləşib.[5]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. ↑ Dəmirli (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. ↑ "XİN və "Azərkosmos" birgə məlumat yayıb: Ermənistan Azərbaycanın təbii sərvətlərini talamaqda davam edir - FOTOLAR". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəmirli_(Ağdərə)&oldid=7563651"
LOVE.AZ