Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Dərəşorlu[1] (fars. درهشوری Dəreşuri) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri.[2][3] 42 və ya 72 tirəyə[4] bölünür.[1]
Bayat, Aslanlı, Nədirli, Musullu, Qırıxlı, Arıxlı, Səkkiz, Qarakeçili, Osmanlı, Qaraqanlı, Nəfər, Canbazlı, İmanlı, Tələbazlı, Sadıqlı, Qurd, Qırmızı, Məqsudlu, Bolverdi, Hacı Məmmədli, Hacı Dəvəli, Kasataraş, Ceyranlı, Xeyratlı, Nərrəli, Vənda, Ayazkıxalı, Bağırkıxalı, Bəhramkıxalı, Taherkıxalı, Mehdikıxalı, Hümmətəlikıxalı, Çarığlı, Qaracullu, Qabızlı, Dönəli, Döndülü, Rekke, Ahənqər, Çardəçirik, Çarbunuça, Gərməsirli, Kurranlı, Kurbeguş, Vəzirxanlı, Göyçəli, Dərzi və Gülablı tirələri türk mənşəlidirlər və türkcə danışırlar. Onlardan başqa mənşəcə türk olmayan və Ağa Məhəmməd şah Qacarın hakimiyyəti zamanı siyasi təqibdən qurtulmaq üçün Dərəşorlu tayfasına qatılmış və tədricən türkləşmiş Lək, Buger, Zengene və Zərgər adlı tirələr də vardır və onlar da türkcə danışırlar.