. Love.az

Deri Top - Wikipedia - Love.az

Ana Səhifə - Deri Top

Dəri top — uşaq və yeniyetmələr arasında SSRİ-də, sonra isə Rusiya Federasiyasında keçirilmiş futbol turniri.

Dəri top
Açılış ili SSRİ SSRİ — 1965
Rusiya Rusiya — 1991
Bağlanış ili SSRİ SSRİ — 1991
Rusiya Rusiya — davam edir
Region SSRİ SSRİ və Rusiya Rusiya
Son çempion SSRİFavorit (Vıborq) 12-13 yaş
SSRİAvanqard (Omsk) 14-15 yaş
SSRİZvezda (Viçuqa) 16-17 yaş

SSRİ-də futbolun populyarlaşması və istedadlı futbolçuların kəşf edilməsi məqsədilə kerilirdi. Azərbaycan klublarından Gəncənin Kəpəz (1971), Şirvanın "Xəzər" (1978) və "Şirvan" (1985), Qubanın "Şahdağ" (1979) və Bakının "Xəzər" (1987) komandaları turnirin qalibi olublar.[1]

Mündəricat

  • 1 Tarixi
  • 2 Turnirin formatı
  • 3 Turnirin qaydaları
  • 4 Turnirin qalibləri
  • 5 İstinadlar

Tarixi

redaktə

Belə bir kütləvi yarışın keçirilməsi təşəbbüsü ilk dəfə sovet qapıçısı Lev Yaşin tərəfindən irəli sürülüb. Onun ideyası Komsomol Mərkəzi Komitəsində bəyənilir və komitə üzvləri tərəfindən dəstəklənir. 1964-cü ildə ilk dəfə olaraq yarışa start verilir. İlk turnirdə 170 minə yaxın komanda (Sovet İttifaqının hər yerindən demək olar ki, üç milyon gənc futbolçu) iştirak edir. 1965-ci il avqustun 16-dan 26-dək Moskvada keçirilən "Dəri top" final turnirində 20 komanda iştirak edir. İlk çempion Minskin "Çaika" komandası olur. Çayka oyunçularına qızıl medallar və yarışın əsas mükafatı olan gümüş raket təqdim olunur. İkinci yeri oyunçuları gümüş medallar və SSRİ Mərkəzi Televiziyasının mükafatı almış "Volna" (Luqansk) komandası tutur. Bürünc medalları və "Vojatiy" jurnalının kubokunu "Molniya" (Vladivostok) komandasının futbolçuları qazanırlar. Qaliblərə mükafat və medalları futbolçular, SSRİ-nin əməkdar idman ustaları Lev Yaşin, Valeri Voronin və Valentin İvanov təqdim ediblər.[2]

İlk turnirdən sonra dəri top kuboku turniri müntəzəm xarakter alır və 1991-ci ilə kimi hər il keçirilir. SSRİ dağıldıqdan sonroa isə, Rusiyada turnirin fəaliyyəti davam edir. Hal hazırda Rusiyada bu turnir iki formatda keçirilir:[3]

  • Dəri top — Gənc Futbolçular Liqası: idman məktəbləri və klublar üçün.
  • "Dəri top — Məktəb Futbol Liqası": mini-futbol və futzal daxil olmaqla məktəb komandaları üçün.

Turnirin formatı

redaktə

Turnir bir neçə mərhələdən ibarət olur. Əvvəlcə ittifaq üzrə bütün respublikalarda olan rayonlardakı məktəblərin komandaları bir biriləriylə yarışaraq rayon çempionunu müəyyən edirdilər. Növbəti mərhələdə isə, rayon çempionları öz aralarında yarışaraq əyalət və daha sonra isə respublika çempionunu müəyyənləşdirirdilər. Respublika çempionu olmuş komanda isə, turnirin final mərhələsinə vəsiqə qazanırdı. Burda isə, on altı komanda dörd alt qrupa bölünürdü. Öz qruplarında birinci yeri tutan komandalar yarımfinala yüksəlir. Yarımfinalda qalib gəlmiş komandalar isə, final oyununa çıxıb qalibi müəyyən edirdilər.

Turnirin qaydaları

redaktə
  • Matçın müddəti 50 dəqiqədir (on dəqiqəlik fasilə ilə 25 dəqiqəlik iki hissə).
  • Oyunçular matç zamanı istənilən sayda dəyişdirilə bilər. Top oyundan kənar olduqda əvəzetmə edilir.
  • Hər komandanın öz forması olmalıdır. Ayaqqabı — idman ayaqqabısı.
  • Oyunçuların həkim icazəsi olmadan yarışmasına icazə verilmir.
  • Hər oyun zamanı protokol aparılır, orada komandaların düzülüşü və matçın nəticəsi qeyd olunur.
  • Uşaq idman məktəblərinin və klublarının komandalarında oynayan və ya rəsmi rayon və ya rayon (şəhər) yarışlarında iştirak edən uşaqların "Dəri top" klubunun mükafatı uğrunda oyunlarda iştirakına icazə verilmir.[2]

Turnirin qalibləri

redaktə
Yarışın qalibləri[1]
İl Yaş Qrupu Qalib
1965 12–14 yaş "Çayka" Minsk
1966 12–14 yaş "Ani" Yerevan
1967 12–13 yaş "Nakaduli" Tbilisi
14–15 yaş "Tsiskari" Tbilisi
1968 12–13 yaş "Erebuni"-2750 Yerevan
14–15 yaş "Masis" Tbilisi
1969 11–12 yaş "Vimpel" Voroşilovqrad
13–14 yaş "Ani" Yerevan
1970 Yarış keçirilməyib
1971 11–12 yaş "Rubin" Orconikidze
13–14 yaş "Metallist" Donetsk
1972 11–12 yaş "Burevestnik" Qorlivka
13–14 yaş "Kəpəz" Gəncə
1973 11–12 yaş "Orlyonok" Jovtneve
13–14 yaş "Yulduzcha" Daşkənd
1974 11–12 yaş "Kayts" Yerevan
13–14 yaş "Rubin" Orconikidze
1975 11–12 yaş "Ararat" Yerevan
13–14 yaş "Alanı" Orconikidze
1976 10–11 yaş "Şirak" Leninakan
12–13 yaş "Ararat" Yerevan
14–15 yaş "Dnepr" Dnepropetrovsk
1977 10–11 yaş "Gümrü" Leninakan
12–13 yaş "Nadejda" "Orconikidze
14–15 yaş "Yunost" Pervomaysk
1978 10–11 yaş "Spartak" Orconikidze
12–13 yaş "Xəzər" Əli-Bayramlı
14–15 yaş "Spartak" Moskva
1979 10–11 yaş "Şahdağ" Quba
12–13 yaş "Gümrü" Leninakan
14–15 yaş "Çayka" Vışqorod
1980 10–11 yaş "Fakel" Kiyev
12–13 yaş "Sokol" Şali
14–15 yaş "Fakel" Kiyev
1981 10–11 yaş "Gümrü" Leninakan
12–13 yaş "Armenia"-60 Yerevan
14–15 yaş "Ximki" Kirovakan
1982 10–11 yaş "Margaşat" Yerevan
12–13 yaş "Arişi" Rustavi
14–15 yaş "Kavkasioni" Gürcaani
1983 10–11 yaş "Metsamor"-83 Yerevan
12–13 yaş "Saturnas" Panevejis
14–15 yaş "Aviator" Düşənbə
1984 10–11 yaş "Kirovokan"-50 Kirovokan
12–13 yaş "Amra" Suxumi
14–15 yaş "Sangar" Tallin
1985 10–11 yaş "Sputnik" Öskemen
12–13 yaş "Byarzhalis" Kaunas
14–15 yaş "Şirvan" Əli Bayramlı
1986 10–11 yaş "Argun" Krasnokamensk
12–13 yaş "Vigri" Tallin
14–15 yaş "Fakel" Kiyev
1987 10–11 yaş "Xəzər" Baku
12–13 yaş "Meçta" Soligorsk
14–15 yaş "Şatili" Tbilisi
1988 12–13 yaş "Energetik" Qardabani
14–15 yaş "Axmatar" Sevan
16–17 yaş "Stroitel" Kamensk-Şaxtinski
1989 12–13 yaş "Nadejda" Meleuz
14–15 yaş "Meşçta" Soligorsk
16–17 yaş "İzumrud" Barnaul
1990 12–13 yaş "Erazank"-90 Sevan
14–15 yaş "Molodaya qvardiya" Podolsk
16–17 yaş "Orbita" Petrozavodsk
1991 12–13 yaş "Favorit" Vıborq
14–15 yaş "Avanqard" Omsk
16–17 yaş "Zvezda" Viçuga

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Кожаный мяч на приз газеты "Пионерская правда"" ["Pionerskaya Pravda" qəzetinin mükafatı üçün dəri top]. İstifadə tarixi: 8 aprel 2025.
  2. ↑ 1 2 Золотая «Чайка» // Пионерская правда (газета). № 70. — 1965. — 31 avqust. — 4.
  3. ↑ "Футбол России - Кожаный мяч - Лига юных футболистов". Российский футбольный союз (rus). İstifadə tarixi: 2025-05-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəri_top&oldid=8138590"
LOVE.AZ